23:54 17 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8829
Balaxanıda XV-ci əsrə aid hamam aşkar edilib

Balaxanıda tapılmış hamam tariximizin bir sıra məqamlarını "təmizə çıxaracaq"

© Sputnik / Irade JELIL
ELM
Qısa URL
132520

O dövrlərdə dəvə karvanları ilə bu ərazilərdən keçən tüccarlar burada istirahət edib dincəldikdən sonra yollarına davam edirmişlər

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 18 sentyabr — Sputnik. Balaxanıda orta əsrlərdə inşa edildiyi bildirilən hamam tapılıb.

Sputnik Azərbaycan-ın əməkdaşı Balaxanıda olub və yeni tapılan hamam haqqında sakinlərlə söhbətləşib.

Sakinlərin iddialarına görə, hamam Şirvanşahlar dövründən qalıb.

Hamamın üzərini torpaq örtdüyü üçün əvvəllər hamamın yerləşdiyi ərazi təpə kimi olub. Sonradan ərazi dəmir məhəccərlərlə hasarlanıb. Uzun müddət baxımsız qaldığı üçün ərazini kol-kos da basıbmış.

Balaxanıda XV-ci əsrə aid hamam aşkar edilib
© Sputnik / Irade JELIL
Artıq bir aya yaxındır ki, hamamın üzərindəki torpağın təmizlənməsi işləri aparılır

Artıq hamamın bərpasına qərar verilib. Artıq bir aya yaxındır ki, hamamın üzərindəki torpağın təmizlənməsi işləri aparılır. Sakinlərin sözlərinə görə, ərazidən 55 maşın torpaq daşınıb. Amma hələ iki-üç aylıq da iş var.

"Arxeoloqlar gəlib baxış keçirdilər. Hələ hamamın hansı dövrdən qaldığı tam bəlli deyil. Amma tapşırıldı ki, ancaq əl əməyindən istifadə edilsin. Əraziyə traktor salmaq olmaz. Ağır texnika dağıntılara səbəb ola bilər", - deyə sakinlərdən biri qeyd edib.

Balaxanıda XV-ci əsrə aid hamam aşkar edilib
© Sputnik / Irade JELIL
Hamamın uzunluğu 25, eni 9 metr olub

Deyilənə görə, hamamın uzunluğu 25, eni 9 metr olub. 16 otaqdan ibarət olan hamam daha çox səyyahların, ticarətçilərin istirahət etdiyi yer olub.

Belə ki, o dövrlərdə dəvə karvanları ilə bu ərazilərdən keçən tüccarlar burada istirahət edib dincəldikdən sonra yollarına davam edirmişlər.

Nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Balaxanı kəndində yerləşən, inventar nömrəsi 128 olan hamam XV əsrdə inşa olunub.

Balaxanıda XV-ci əsrə aid hamam aşkar edilib
© Sputnik / Irade JELIL
Hamamın təmir-bərpa olunması planlaşdırılır

Hamam Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə ölkə əhəmiyyətli memarlıq abidəsi kimi dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix mədəniyyət abidələri siyahısına salınıb.

Hazırda abidənin ətrafı təmizlənir. Hamamın təmir-bərpa olunması planlaşdırılır.

"Dövlət Xidmətinin nəzarəti ilə sovet dövründə doldurulmuş hamamda memarlar, arxeoloqların iştirakı ilə təmizləmə işləri həyata keçirilir", - deyə Hüseynov qeyd edib.

Əsas mövzular