15 Avropa çempionatından 5-də meydan sahibləri finala çıxıblar. Onlar üç dəfə finalda qələbə qazanıblar: bunu İspaniya (1964), İtaliya (1968) və Fransa (1984) milliləri ediblər. Evdə keçirilən AVRO-da meydan sahibləri iki dəfə məğlub olublar - Portuqaliya (2004) və Fransa (2016).
AVRO-2020-nin final mərhələsinin oyunları 12 müxtəlif şəhərdə keçiriləcək, lakin yalnız İngiltərə yığmasının iyulun 12-də "Uembli"də doğma divarlar arasında çempion olmaq şansı var. Final mərhələsi bir ölkədə keçiriləndə meydan sahiblərinin komandası heç olmasa yarımfinaladək gedib. Bu fakt Qaret Sautgeytin komandasını ruhlandıra bilər. Avropa çempionatını iki ölkə təşkil edəndə (Belçika, Niderland - 2000; Avstriya, İsveçrə - 2008; Polşa, Ukrayna - 2012) isə yalnız bir dəfə meydan sahiblərinin komandası qrupdan çıxıb. Niderland yığması 2008-də yarımfinaladək irəliləyə bilib.
AVRO-nun sahibləri necə çıxış ediblər?
Avropa çempionatının final mərhələsində 1960-1976-cı illərdə dörd komanda iştirak edib, 1980-1992-ci illərdə bu komandaların sayı səkkizə, 1996-2012-ci illərdə 16-ya çatdırılıb. 2016-cı ildən final mərhələsində 24 yığma iştirak edir. Meydan sahubləri belə nəticələr əldə ediblər:
1960: Fransa (dördüncü yer)
1964: İspaniya (qalib)
1968: İtaliya (qalib)
1972: Belçika (üçüncü yer)
1976: Yuqoslaviya (dördüncü yer)
1980: İtaliya (dördüncü yer)
1984: Fransa (qalib)
1988: AFR (yarımfinal)
1992: İsveç (yarımfinal)
1996: İngiltərə (yarımfinal)
2000: Belçika (qrup mərhələsi), Niderland (полуфинал)
2004: Portuqaliya (final)
2008: Avstriya (qrup mərhələsi), İsveçrə (qrup mərhələsi)
2012: Polşa (qrup mərhələsi), Ukrayna (qrup mərhələsi)
2016: Fransa (final)
Hər bir AVRO-da meydan sahiblərinin ən yaxşı bombardiri kim olub?
Meydan sahiblərinin oyunçusu yeddi dəfə AVRO-nin ən yaxşı bombardiri və yaxud ən yaxşılardan biri olub: Fransua Ott (Fransa, 1960), Xesus Mariya Pereda (İspaniya, 1964), Mişel Platini (Fransa, 1984), Tomas Brolin (İsveç, 1992), Alan Şirer (İngiltərə, 1996), Patrik Klüyvert (Niderland, 2000) və Antuan Qrizmann (Fransa, 2016).
1960: Fransua Ott* (Fransa, 2)
1964: Xesus Mariya Pereda* (İspaniya, 2)
1968: Pyetro Anastazi, Ancelo Domingini, Luici Riva (İtaliya, 1)
1972: Raul Lamber, Odilon Pollenius, Pol van Ximst (Belçika, 1)
1976: Draqan Caiç (Yuqoslaviya, 2)
1980: Françesko Qrasiani, Marko Tardelli (İtaliya, 1)
1984: Mişel Platini (Fransa, 9)
1988: Andreas Breme, Yurgen Klinsmann, Lotar Matteus, Olaf Ton (AFR, 1)
1992: Tomas Brolin* (İsveç, 3)
1996: Alan Şirer* (İngiltərə, 5)
2000: Bart Qoor, Emil Mpenza (Belçika, 1), Patrik Klüyvert* (Niderland, 5)
2004: Ruy Koşta, Manişe, Kriştianu Ronaldu (Portuqaliya, 3)
2008: İvitsa Vastiç (Avstriya, 1), Hakan Yakın (İsveçrə, 3)
2012: Yakub Blaşikovski, Robert Levandovski (Polşa, 1), Andrey Şevçenko (Ukrayna, 2)
2016: Antuan Qrizmann* (Fransa, 6)
*turnirin ən yaxşı snayperi və yaxud ən yaxşılarından biri