AVRO-da penalti seriyaları

© Sputnik / Vladimir Pesnya / Mediabanka keçidФутбол. Чемпионат Европы - 2016. Матч Польша - Португалия
Футбол. Чемпионат Европы - 2016. Матч Польша - Португалия - Sputnik Azərbaycan
Abunə olmaq
Avropa çempionatlarında 18 penalti seriyası olub. Baş qəhrəmanlar Antonin Panenka, İker Kasilyas və İtaliya yığmasıdır.

AVRO-da penalti seriyalarına yalnız 1976-cı ildən, yəni, beşinci turnirdən start verilib. Bundan əvvəl Avropa çempionatlarında cəmi iki heç-heçə olmuşdu, ikisi də 1968-ci ildə. İtaliya və SSRİ arasında yarımfinalın taleyini püşk – atılmış qəpik həll etdi. Finalda heç-heçədən sonra yeni oyun təyin edilib və həmin görüşdə İtaliya Yuqoslaviyaya qalib gəlib.

Футбольные мячи, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Premyer Liqamız ilk yüzlükdə

Penalti seriyasına ilk dəfə 1976-cı ilin finalında ehtiyac olub. Antonin Panenka məşhur finti ilə Çexoslovakiyaya AFR üzərində qələbə gətirdi və penalti vurmağın yeni üsuluna öz adını vermiş oldu. Həmin vaxtdan etibarən AVRO-da daha 17 seriya olub, lakin bir daha finalda penaltilər  vurulmayıb.

Yığmaların statistikası: AVRO-da penaltilər seriyasında ən yaxşılar və ən pislər

Penalti seriyalarının sayına görə liderlər

5 İtaliya

4 İngiltərə, İspaniya, Niderland

3 Almaniya/AFR, Portuqaliya, Çexoslovakiya/Çexiya

2 Danimarka, Polşa, Fransa

1 Türkiyə, Xorvatiya, İsveçrə, İsveç

Penalti seriyalarında qələbəyə görə liderlər

3 İspaniya, Çexoslovakiya/Çexiya

2 Almaniya, İtaliya, Portuqaliya

1 İngiltərə, Danimarka, Niderland, Polşa, Türkiyə, Fransa

Penalti seriyalarında məğlubiyyətə görə liderlər

3 İngiltərə, İtaliya, Niderland

Главный тренер бакинского Нефтчи Роберто Бордин - Sputnik Azərbaycan
İDMAN
Azərbaycan klubu italyan məşqçisi ilə sağollaşdı

1 Danimarka, Almaniya/AFR, İspaniya, Polşa, Portuqaliya, Fransa, Xorvatiya, İsveçrə, İsveç

AVRO-da özlərinin bütün penalti seriyalarını yalnız Çexoslovakiya/Çexiya (3) və Türkiyə (1) udublar. Çexlər həmçinin bütün 20 penalti zərbəsini qola çeviriblər. Ən çox pünalti seriyası İtaliyadadır - beş. Ümumilikdə 31 zərbə vuran italyanlar iki seriyada qalib gəliblər, üçündə isə uduzublar. İngiltərə və Niderland yığmaları hərəyə dörd dəfə penalti vurublar və onun yalnız birində uğur qazanıblar

Rekord penalti seriyaları

AVRO-da ən uzun penalti seriyaları

18 zərbə: 1980, 3-cü yer uğrunda oyun: Çexoslovakiya - İtaliya 1:1 (pen. 9:8)

18 zərbə: 2016, dörddəbirfinal: Almaniya - İtaliya 1:1 (pen. 6:5)

AVRO-da ən qısa penalti seriyaları

7 zərbə: 2008, dörddəbirfinal: Xorvatiya – Türkiyə 1:1 (pen. 1:3)

Hər iki superuzun seriyada İtaliya yığması iştirak edib. 1980-ci ildə italyanların bir cəhdi, 2016-da isə dörd cəhdləri uğursuz oldu. AVRO-da heç bir başqa komanda penalti seriyasında dörd dəfə uğursuzluğa düçar olmayıb. Avropa çempionatlarındakı 18 penalti seriyasında bu, altıncı dəfə idi ki, birinci səhvədək zərbə vurulurdu. İki rəqib bir yerdə onda yeddi penaltini və yaxud 39%-ni vura bilmədilər. Bu göstərici Xorvatiya – Türkiyə oyununda daha yüksək olub, onda komandalar yeddi zərbədən üçünü, yəni, 43%-ni vura bilməyiblər.

Fərdi rekordlar

Hansı qapıçılar digərlərindən çox penalti seriyası keçiriblər?

3 Canluicci Buffon (İtaliya - 1 qələbə, 2 məğlubiyyət, 12 top buraxıb, 3 xilas, 3 qeyri-dəqiq)

3 Edvin van der Sar (Niderland - 1 qələbə, 2 məğlubiyyət, 12 top buraxıb, 2 xilas, 1 qeyri-dəqiq)

2 İker Kasilyas (İspaniya - 2 qələbə, 4 top buraxıb, 3 xilas, 1 qeyri-dəqiq)

Нападающий французского ПСЖ Неймар, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Neymarın gizli eşqi üzə çıxdı - soyadı diqqət çəkir

2 Lukaş Fabyanski (Polşa - 1 qələbə, 1 məğlubiyyət, 9 top buraxıb, 1 qeyri-dəqiq)

2 Bernar Lama (Fransa - 1 qələbə, 1 məğlubiyyət, 10 top buraxıb, 1 xilas)

2 Ruy Patrisiu (Portuqaliya - 1 qələbə, 1 məğlubiyyət, 7 top buraxıb, 2 xilas)

2 Devid Simen (İngiltərə - 1 qələbə, 1 məğlubiyyət, 8 top buraxıb, 1 xilas, 1 qeyri-dəqiq)

Yeddi qapıçı iki və daha çox penalti seriyasında iştirak edib, xilasların sayına görə Buffon və Kasilyas liderlik edirlər (hərəyə üç). İki penalti seriyasında Kasilyasın qapısına 8 penaltidən dördü vuruldu.

Penalti seriyalarında kim daha çox qol vurub?

Meydançadakı oyunçulardan üç seriyada heç kim iştirak etməyib, iki seriyada Kriştianu Ronaldu və Robert Levandovski daxil olmaqla 18 futbolçu iştirak edib. Onlardan yalnız ikisi (portuqal Nani və polyak Yakub Blaşikovski) hər iki seriyada qol vurmayıblar – hər ikisi özlərinin ikinci cəhdlərində uğursuzluğa düçar olublar. İtalyanlarda 31 dəfə penaltini müxtəlif futbolçular vurublar.

İki penalti seriyasında qol vurmuş oyunçular

Pol Qaskoyn (İngiltərə), Kamil Qlik (Polşa), Patrik Klüyvert (Niderland), Robert Levandovski (Polşa), Marian Masnı (Çexoslovakiya), Arkadiuş Milik (Polşa), Joau Moutinyu (Portuqaliya), Zdenek Neqoda (Çexoslovakiya), Anton Ondruş (Çexoslovakiya), Antonin Panenka (Çexoslovakiya), Stüart Pirs (İngiltərə), Devid Platt (İngiltərə), Kriştianu Ronaldu (Portuqaliya), Sesk Fabreqas (İspaniya), Alan Şirer (İngiltərə), Ladislav Yurkemik (Çexoslovakiya)

Hansı mərhələdə penaltilərin olması ehtimalı daha çoxdur?

Final turniri tədricən 4 komandadan 24 komandayadək artdı. Yeni raundlar əmələ gəldi, üçüncü yer uğrunda oyun ləğv olundu. Hazırda penalti seriyası ehtimalı dörddəbirfinalda daha çoxdur (37,5%).

1/8 final: hər səkkiz oyuna bir seriya, ehtimal - 12,5%

1/4 final: hər 24 oyuna 9 seriya, ehtimal - 37,5%

1/2 final: hər 28 oyuna 6 seriya, ehtimal - 21%

3-cü yer uğrunda oyun: hər altı oyuna bir seriya, ehtimal - 17%

Final: hər 15 oyuna bir seriya, ehtimal - 7%

AVRO-da bütün penalti seriyaları

1976, final: Çexoslovakiya - AFR 2:2 (pen. 5:3)

1980, 3-cü yer uğrunda oyun: Çexoslovakiya - İtaliya 1:1 (pen. 9:8)

1984, yarımfinal: Danimarka - İspaniya 1:1 (pen. 4:5)

1992, yarımfinal: Niderland - Danimarka 2:2 (pen. 4:5)

1996, dörddəbirfinal: İspaniya - İngiltərə 0:0 (pen. 2:4)

1996, dörddəbirfinal: Fransa - Niderland 0:0 (pen. 5:4)

1996, yarımfinal: Almaniya - İngiltərə 1:1 (pen. 6:5)

1996, yarımfinal: Fransa - Çexiya 0:0 (pen. 5:6)

Fransalı futbolçu Rafidin Abdulla - Sputnik Azərbaycan
İDMAN
İki sevda çəkənlərin cəzası var: futbolçu usta menecerləri mat qoydu

2000, yarımfinal: İtaliya - Niderland 0:0 (pen. 3:1)

2004, dörddəbirfinal: Portuqaliya - İngiltərə 2:2 (pen. 6:5)

2004, dörddəbirfinal: İsveç - Niderland 0:0 (pen. 4:5)

2008, dörddəbirfinal: Xorvatiya - Türkiyə 1:1 (pen. 1:3)

2008, dörddəbirfinal: İspaniya - İtaliya 0:0 (pen. 4:2)

2012, dörddəbirfinal: İngiltərə - İtaliya 0:0 (pen. 2:4)

2012, yarımfinal: Portuqaliya - İspaniya 0:0, (pen. 2:4)

2016, 1/8 final: İsveçrə - Polşa 1:1 (pen. 4:5)

2016, dörddəbirfinal: Polşa - Portuqaliya 1:1 (pen. 3:5)

2016, dörddəbirfinal: Almaniya - İtaliya 1:1 (pen. 6:5)

Xəbər lenti
0