Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda tıxac olmasın deyə tunellərdən biri genişləndiriləcək

© © Sputnik / Elvin AhmadBakı Sumqayıt yolu
Bakı Sumqayıt yolu - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Tunel hər bir istiqamət üzrə 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndiriləcək. İşlər yekunlaşandan sonra ərazidə günün pik saatlarında müşahidə olan tıxac problemi aradan qalxacaq

BAKI, 18 yanvar — Sputnik. Xırdalan dairəsinin altından keçən avtomobil tunelində də genişləndirmə işlərinin aparılması nəzərdə tutulub.

Bakı-Sumqayıt yolu - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakı-Sumqayıt yolunda təpəciklər dağıdılır

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli məlumat verib. O bildirib ki, Agentlik tərəfindən aparılan yenidənqurma işləri çərçivəsində yol 2 hərəkət zolağı enində genişləndirilir. Anar Nəcəflinin sözlərinə görə, analoji genişləndirmə işlərinin Xırdalan dairəsinin altından keçən avtomobil tunelində də aparılması nəzərdə tutulub.

Tunel hər bir istiqamət üzrə 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndiriləcək. İşlər yekunlaşandan sonra ərazidə günün pik saatlarında müşahidə olan tıxac problemi aradan qalxacaq. Qeyd edək ki, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, xüsusən günün pik saatlarında tıxacın yaranmasının qarşısını almaq məqsədilə Prezident İlham Əliyevin tapşırığına əsasən, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7,5 km-dən başlayaraq Xırdalan dairəsi və əks istiqamətdə yenidənqurma işlərinə start verilib.

Xəbər lenti
0