Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

BVF-dən həyəcan siqnalı: Dünya yeni "Böyük Depressiya" ərəfəsindədir

© pixabay / HAMZA BUTTМужчина в депрессии, фото из архива
Мужчина в депрессии, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristalina Georgiyeva son 20 ildə əhali qrupları arasında bərabərsizliyin nəzərəçarpacaq dərəcədə artdığını qeyd edib

BAKI, 18 yanvar — Sputnik. Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyeva əhali arasındakı bərabərsizliyin yeni "Böyük depressiya"ya səbəb olacağını açıqlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə xəbəri The Guardian yayıb.

Petersonun Dünya İqtisadiyyatı İnstitutunda çıxış edən BVF-in icraçı direktoru son 20 ildə müşahidə edilən ölkələr arasındakı bərabərsizliyin azalması fonunda fərqli əhali qrupları arasında bərabərsizliyin nəzərəçarpacaq dərəcədə artdığını qeyd edib.

Долларовая купюра прикреплена к монитору компьютера трейдера на Ньюркской фондовой бирже - Sputnik Azərbaycan
Yeni ilə bədbin proqnoz: Ən qorxulu yuxunuz "Çin" olacaq

O, Böyük Britaniyadakı vəziyyəti nümunə göstərərək deyib ki, burada ölkə əhalisinin 10 faizi əhalinin yoxsul təbəqəsinin yarısının ümumi əmlakı ilə müqayisə olunacaq sərvətlərə nəzarət edir. Oxşar problem Avropa Birliyi üzvlərinin əksəriyyətində, o cümlədən Fransa və Almaniyada, həmçinin ABŞ, Avstraliya, Yaponiya, Cənubi Koreya və digər inkişaf etmiş ölkələri birləşdirən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının digər ölkələrində də müşahidə olunur.

BVF rəhbərinin sözlərinə görə, həddindən artıq bərabərsizlik iqtisadi artıma mane olmaqla yanaşı, populizm və siyasi qeyri-sabitliyə də səbəb olur.

"Bu həyəcanverici tendensiya bir növ XX əsrin əvvəllərindəki texnologiyanın və inteqrasiyanın inkişafı ilə başlayan "qızıl əsri", sonra isə "hönkürən" iyirminci illəri, nəhayət, maliyyə fəlakətini xatırladır", - deyə Georgiyeva bildirib.

O əlavə edib ki, vəziyyət iqlim böhranı və proteksionizmin güclənməsi ilə daha da çətinləşir. Nəticədə maliyyə bazarındakı qeyri-sabitliyin və sosial iğtişaşların qarşıdakı on il üçün xarakterik olacağı ehtimalı yüksəkdir.

XIX əsrin sonlarını ABŞ iqtisadiyyatının sürətli inkişafı səbəbindən "qızıl suyuna çəkilmiş əsr" adlandırırlar. I Dünya Müharibəsi başa çatandan sonra iqtisadi çiçəklənmə və mədəni rifahın baş verdiyi onillik "hönkürən iyirminci illər" adlandırılır. Bu dövr 1929-cu ildə birjanın çökməsi ilə başa çatıb, bunun ardınca tarixdəki ən böyük qlobal iqtisadi böhranlardan biri olan "Böyük depressiya" baş verib.

Daha əvvəl Georgiyeva qlobal iqtisadiyyatın inkişafının ləngidilməsini təklif etmişdi. O, korporativ borcun artacağını proqnozlaşdırır və bu vəziyyəti ticarət müharibələrinin mənfi nəticəsi adlandırırdı.

Xəbər lenti
0