Almaniya xüsusi təyinatlıları çeçen ovuna çıxıblar

© Photo : vistanews.ruПолиция Германии
Полиция Германии - Sputnik Azərbaycan
Abunə olmaq
Berlində və Almaniyanın bir sıra digər şəhərlərində terror hücumu şübhəsi ilə Çeçenistandan olan radikal islamçıların saxlanması üçün genişmiqyaslı əməliyyat keçirilib

BAKI, 18 yanvar — Sputnik. Berlində ehtimal olunan terror aktına hazırlıqda şübhəli bilinən əsas şəxs Çeçenistanın sabiq siyasi xadimi, "Çeçen Gebbelsi" adı ilə tanınan Mövladi Uduqovun bacısı oğlu, çeçen qaçqın Zəlimxan B.-dir. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Zəlimxan özü "Deutsche Welle"yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, yanvarın 14-də polis xüsusi təyinatlıların müşayiəti ilə onun Berlindəki evinin girişini mühasirəyə alıb. Ona məlumat verilib ki, istintaq hərəkətləri Almaniya paytaxtının mərkəzindəki sinaqoqda terror aktı hazırlamaq işi çərçivəsində aparılır.

Ramzan Kadırov - Sputnik Azərbaycan
RUSİYA
Ramzan Kadırov Çeçenistanda yeni qadağaya hazırlaşır

Zəlimxan və daha dörd şübhəli şəxsin mobil telefonları və fləşkartları müsadirə edilib. Zəlimxanın smartfonunda terrorun hədəfi olacaq sinaqoqa aparan küçəni əks etdirən qısa video tapılıb. Lakin o, bu videonu "Çeçenistandakı dostlarına Berlini göstərmək" məqsədilə çəkdiyini iddia edib.

Ancaq şübhəlilərin həbsi üçün heç bir əsas tapılmayıb. Onlar azadlıqda qalsalar da, dediklərinə görə, özlərini təhlükəsizlikdə hiss etmirlər. Zəlimxanın sözlərinə görə, təhlükəsizlik qüvvələrinin davranışı və Almaniyada baş verənlər ona 2000-ci illərdə çeçenlərin hər şeydə ittiham olunduğu Rusiyadakı atmosferi xatırladır.

Yanvarın 14-də Berlində və Almaniyanın bir sıra digər şəhərlərində terror hücumu şübhəsi ilə Çeçenistandan olan radikal islamçıların saxlanması üçün genişmiqyaslı əməliyyat keçirilib. Almaniya Baş Prokurorluğundan verilən məlumata görə, bir neçə nəfər saxlanılıb. Bild nəşri saxlanılanların 23-28 yaşlı gənclər olduğunu yazıb. Onlardan pul, kəsici-deşici alətlər və fləşkartlar götürülüb, silah və partlayıcı qurğular isə tapılmayıb.

Mövladi Uduqov özünü respublika elan etmiş İçkeriyanın mərhum prezidenti Cöhər Dudayevin silahdaşı və mətbuat katibi olub. Çeçenistan hökumətində müxtəlif vəzifələr tutub və Rusiyada qadağan edilmiş "İmarət Qafqaz" terror təşkilatının üzvü olub. Fəal təbliğati fəaliyyəti və vəhhabilik ideyalarının yayılması səyləri ilə tanınır. Onun tabeliyində olan strukturların rəhbərliyi altında çeçen separatçılarının "Kavkaz-Sentr" vebsaytı yaradılıb. İkinci Çeçenistan kampaniyası başlayandan sonra Qafqazdan xaricə qaçıb. "Kavkazskiy Uzel"-in yazdığına görə, onun müxtəlif vaxtlarda Türkiyədə, Fars körfəzi və Skandinaviya ölkələrində yaşadığı bildirilir. Onun hazırda harada olduğu barədə dəqiq məlumat yoxdur. Sonuncu dəfə 2000-ci illərin sonlarında onun Praqada yaşadığı iddia edilirdi.

Xəbər lenti
0