BAKI, 25 sentyabr — Sputnik. Çeçenistan rəhbəri Ramzan Kadırov respublika ərazisinə elektron siqaretlərin gətirilməsi və satışını qadağan etmək fikrindədir.
Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, bu barədə Kadırov "Vkontakte" səhifəsində yazıb.
"Birbaşa deyirəm, biz elektron siqaretlərin gətirilib yayılmasına tam qadağa qoyacağıq. Əminəm ki, parlament də bu təşəbbüsü dəstəkləyəcək. Şübhəmiz yoxdur ki, veyplər əhalinin sağlamlığı üçün təhlükədir", - Kadırov bildirib.
O, həmçinin qeyd edib ki, bir çox ölkələr artıq veyplərin idxalına, satışına və reklamına qadağa qoyub.