Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Həm əl çirkidir, həm infeksiya daşıyıcısı, amma onsuz bir günümüz olmasın

© Sputnik / Murad Orujov Передача денег из рук в руки, фото из архива
 Передача денег из рук в руки, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Əgər pula münasibətin doğrudursa, deməli, ən azı həyatda sıxıntı içində yaşamayacaqsan.Puluna nəzarət edən, Azərbaycan manatına müstəqilliyin bir simvolu kimi yanaşan insan kasıbçılığın nə olduğunu bilməz

BAKI, 15 yanvar — Sputnik. Deyirlər, pul əl çirkidir. Doğrudan da puldan çirkli dünyada başqa nəsə tapmaq müşkül məsələdir. Yəni əldən ələ ötürülən əsginaslar sözün əsil mənasında infeksiya daşıyıcıları sayıla bilər. Kağız pullar cibdə, pulqabında, bazarlardakı çirkli piştaxtalarda "səyahət" etdiyindən əsginaslar heç vaxt ideal vəziyyətdə olmur. Köhnə, əzik pullar insanlarda xoş ovqat yaratmır, kimi dindirsən, onlardan yaxa qurtarmağa çalışır.

Məişət tullantıları qutuları, arxiv şəkli - Sputnik Azərbaycan
Zibillikdən 33 min manat tapıldı

Dünyada ən çox əsginas Çində istehsal edilir

Öz pulunu çap edən ölkələrdə adətən cırıq, əzik və ya pis formada olan əsginaslara rast gəlinmir. Mərkəzi bank belə pulları dövriyyədən çıxarır. Rusiya, Fransa, Almaniya kimi ölkələrdə dövlətə məxsus qurumlarda əsginaslar istehsal edilir. Yəni böyük dövlətlərin belə bir fabrikləri maliyyələşdirmək imkanı var. ABŞ dolları bu ölkənin sərhədlərindən kənara çıxıb dünyanı "zəbt" etdiyindən, dolların istehsalı üçün istifadə edilən kağızı yalnız bir şirkət buraxır. Həmin şirkətin başqa ölkəyə xammal satması qanunla qadağan edilib. Dünyada milyonlarla saxta dollar dövriyyədə fırlandığından, ABŞ saxta pullarla mübarizədə ən sərt qanunları tətbiq etməyə məhkumdur.

ABŞ dollarının tərkibi kağızdan yox, əsasən pambıqdan ibarətdir. Bir müddət sonra bu özü də problemə çevrilə bilər, çünki göbələk əsaslı bakteriyaların inkişafı üçün ideal mühit var. Hansısa bir gizli yerdə, nəmişlik şəraitində saxlanılan dolların kiflənməsi digər valyutalara nisbətən daha tez baş verir. Dünyada ən çox əsginas Çində istehsal edilir. Əhali çoxdur deyə, pula da tələbat var.

Bu il manat türk lirəsinə, avroya, gürcü larisinə qarşı bahalaşıb

Bir çox dövlət ümumiyyətlə öz valyutasını istehsal edə bilmir, çünki yüksək səviyyəli poliqrafiya məhsulunu buraxmaq üçün kifayət qədər bahalı avadanlığa sahib olmaq tələb olunur. Əhalinin sayı 40 milyondan aşağı olan ölkələr adətən əsginasları ya başqa dövlətlərdə, ya da bu işlə məşğul olan aparıcı şirkətlərdə sifariş edirlər. Özü də saxta pul istehsalçıları da aparıcı valyutaları buraxmağa çalışırlar. Milli valyutanı qorumaq üçün bir çox dövlətdə hər 7-10 ildən bir əsginasların müdafiəsi üçün kiçik də olsa, dəyişikliklər edilir.

Əsginasın qüsuru varsa, onu götürməkdən imtina edirlər

Azərbaycan da öz milli manatını xaricdə sifariş edir. Deməli, hər buraxılan əsginas müəyyən məbləğə başa gəlir. Tədricən də nimdaşlaşıb yararsız vəziyyətə düşür. İlk Azərbaycan manatı ötən əsrin 90-cı illəri və XXI əsrin ilk illərində olduqca pis vəziyyətə düşmüşdü. Cırıq, nimdaş əsginaslar ikrah hissi doğururdu. Pulun dəyişməsi və denominasiya qaçılmaz idi. 2006-cı ildə başlanan proses 2007 ildə yeni manatın tam bərqərar olması ilə nəticələndi.

Əvvəlki dövrə nisbətən pulların dəyişdirilməsi daha intensiv getsə də, hələ də nimdaş əsginaslar problem mənbəyidir. Karta pul yükləmək lazımdırsa, əsginas aparata daxil olub geri qayıdır. Kimsə pulu üfürür, kimsə əksinə çevirir, kimsə də başqa pulla əvəzləyir. Əgər pulun bir hissəsi “skotçla” yapışdırılıbsa, onda aparat mütləq geri qaytaracaq. Kiçik bizneslə məşğul olan iş adamları, xırda dükan sahibləri də müştəriyə problem yaradırlar. Əsginasın qüsuru varsa, onu götürməkdən imtina edirlər. Hətta bazarda belə nimdaş pulun üzünə baxan yoxdur. Amma bu pulun getməyə son yeri ola da.

Надпись «Банк» на каменных плитах, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Bank hesablarından pullar niyə silinir?

Dünya praktikasında vətəndaş pis hala düşmüş əsginası istənilən banka təqdim etməklə dəyişə bilər. Azərbaycanda qanunvericilikdə hər bir kommersiya bankının köhnə əsginası qəbul etmək tələbi olsa da, faktiki buna əməl olunmur. Banklara yaxınlaşan vətəndaş Mərkəzi Banka yönləndirilir. Ora da gedib çıxmaq olmur.

Əzik pulları isə hətta ütüləmək də təklif edilir

Cırıq, nimdaş pullar vətəndaşda bir psixoloji inamsızlıq yaradır. Dövlətin simvollarından biri olan milli manatın şax vəziyyətdə olması, ona qarşı daha yaxşı münasibətin formalaşması mühüm məsələdir. Ölkənin qəpikləri də elə də uğurlu deyil. Nə buraxılış ili bilinir, nə də bir fərli-başlı qiymətli metaldan hazırlanmayıb. Bir qədər işləndisə, qaralır, paslanır, məlumat da silinib gedir.

Azərbaycan manatının aşılanmasının bir neçə səbəbi var. Subyektiv səbəblərin sırasında pula olan münasibət durur. Orta məktəbdə manata doğru münasibət formalaşdırılmağından əsginasları harada gəldi saxlayan, əzən insanların az deyil. Halbuki Qərb ölkələrində pula doğru münasibəti aşılayan yüzlərlə əsər dərc olunub. Bir çox dərslikdə varlı olmağın yollarından biri kimi dövlətin valyutasına doğru yanaşmaq tələbi var. Əsginası harada gəldi yox, məhz portmanatda saxlamalıdır, əzik pulları isə hətta ütüləmək də təklif edilir.

Mərkəzi Bank inflyasiya proqnozunu endirib

Azərbaycanda vətəndaşların pula neqativ münasibətinə tez-tez rast gəlirik. Cibdə gəzdirilməkdən pis vəziyyətə düşən əsginasa "dəyəri yoxdur, heç nəyə yaramır" kimi deyənlər də az deyil. Azərbaycan manatına müsbət yanaşma orta məktəbdən gəlməlidir, həm dövlətin rəmzi, həm də gələcəkdə insanın həyatının uğurunu təyin edə biləcək vasitə kimi. Əgər pula münasibətin doğrudursa, deməli, ən azı həyatda sıxıntı içində yaşamayacaqsan. Puluna nəzarət edən, Azərbaycan manatına müstəqilliyin bir simvolu kimi yanaşan insan kasıbçılığın nə olduğunu bilməz.

Банковские карты - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Kart tələbi bizə də çatdı – Milyonlar xərclənəcək, amma rahatlığını da görəcəyik

Obyektiv səbəblər sırasında hələ də nağdsız ödəmələrin ölkədə bərqərar olmadığı durur. Nəyisə bank kartı vasitəsi ilə ödəyə bilərəmsə, nədən bu imkandan istifadə etməyim? Bu sahədə kifayət qədər problem olduğundan kağız pulların aşılanması daha sürətlə baş verir. Nimdaş pulların istənilən bankda qəbulunu reallaşdırmaq lazımdır. Yəni qanun işləməlidir. Bundan əlavə, artıq dünya praktikasına keçməyin vaxtıdır. Bir çox aparıcı ölkədə tərkibində daha çox sintetik qatışıq olan, aşılanmayan, daha uzunömürlü əsginaslar dövriyyəyə buraxılıb.

Azərbaycanda da bu təcrübədən yararlanmağın vaxtıdır. Həm etibarlıdır, həm də dövlətin simvolu gözdən düşməz. Pul məsələsində qənaət etməyin yeri yoxdur. Cırıq pulu birtəhər aparata dürtüşdürməyə cəhd edən, lazımsız əsəb keçirən vətəndaşın manata neqativ yanaşması təbiidir.

Adi insanın kiçik dərdini həll etməliyik.

Xəbər lenti
0