CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda kredit hesabına da yol çəkilir

© Sputnik / Murad OrujovРемонт дороги, фото из архива
Ремонт дороги, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Layihə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə imzalanmış kredit sazişi çərçivəsində həyata keçirilib

BAKI, 15 yanvar — Sputnik. "2019-cu il ərzində xarici kredit vəsaiti hesabına M-2 magistral avtomobil yolunun Gəncə-Gürcüstan Respublikası ilə dövlət sərhədi hissəsinin 4 zolağa genişləndirilməsi (130,15 km, 4 hərəkət zolaqlı), R-32 Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun yenidən qurulması (70,5 km, 2 hərəkət zolaqlı), M-5 magistral avtomobil yolunun Yevlax-Şəki hissəsinin yenidən qurulması (58,12 km, 2 hərəkət zolaqlı), R-32 Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun bərpası (59.8 km, 2 hərəkət zolaqlı) layihələri üzrə işlər davam etdirilib".

Осколки стекла, архивное фото - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yol nəqliyyat hadisələrinin elektron məlumat bazası yaradılacaq

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov bu gün keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, bu layihələrə M-2 Bakı-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 zolağa genişləndirilməsi də daxildir. Belə ki, layihə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə imzalanmış kredit sazişi çərçivəsində həyata keçirilib.

Layihədə podratçılar Türkiyənin "Özgun Yapi Senaye ve Ticaret AŞ" (Lot 1), "Polat Yapi Senaye ve Ticaret AŞ" (Lot 2) və Azərbaycanın Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC (Lot 3) şirkətləri olub və işə İtaliyanın "İRD Engineering" şirkəti nəzarət edib. Yanvarın birinə olan məlumata görə, 29,13 faiz işlər yerinə yetirilib.

Uzunluğu 130,15 km olan I dərəcəli yolun tikintisi işlərinə 2019-cu ilin fevral ayında başlanıb, 2021-ci ildə başa çatdırılması nəzərdə tutulur.

İkinci layihə isə Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun bərpası olub. Layihə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə imzalanmış kredit sazişi çərçivəsində həyata keçirilir. Burada podratçı - Türkiyənin "Kolin İnşaat Sanayi Turizm ve Ticaret A.Ş" şirkəti, layihəçi - Almaniyanın "Kocks Consult GmbH" şirkəti, texniki nəzarətçi - Türkiyənin "BCT İnşaat Mimarlık Mühendislik Müşavirlik A.Ş" şirkəti olub. 01.01.2020-ci il tarixinə kimi bu işlərin 50,58%-i yerinə yetirilib. 

Yol əhvalatı: Dövlət hesabına görülən işi kələkbazlar necə biznesə çeviriblər

Uzunluğu 59,8 km olan II dərəcəli yolun tikintisi işlərinə 2019-cü ilin fevral ayında başlanıb, 2020-ci ildə başa çatdırılması nəzərdə tutulur.

Xarici kredit hesabına R-32 Ucar-Zərdab-Ağcabədi avtomobil yolu yenidən qurulması, M-5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Xaldan-Şəki dairəsi hissəsinin yenidənqurulması və R-57 Şəki dairəsi-Şəki (12 km) avtomobil yolunun bərpası, M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101÷117 km hissəsinin 4 zolağa genişləndirilməsi də həyata keçirilib.

Xəbər lenti
0