CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yol əhvalatı: Dövlət hesabına görülən işi kələkbazlar necə biznesə çeviriblər

© Sputnik / Konstantin Mihalchevskiy / Mediabanka keçidYol çəklişi, arxiv şəkli
Yol çəklişi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Vətəndaşlardan hər hansı bir yolun təmiri üçün pul tələb edilərsə, onlar bizə müraciət edə bilərlər" - Anar Nəcəfli

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 9 yanvar — Sputnik. Ötən ilin sonlarında ölkə başçısı İlham Əliyev Bakıətrafı qəsəbələrdə yolların təmir edilməsi ilə bağlı tapşırıq verərək, müəyyən vəsait ayırdı.

Tapşırığa əsasən, Bakıətrafı bütün qəsəbələrin yolları hissə-hissə təmir ediləcək.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti - Sputnik Azərbaycan
CƏMİYYƏT
Binəqədi yolları düzələcək – Prezident pul ayırdı

Artıq tapşırığa uyğun olaraq müəyyən işlərin görülməsinə başlanılıb. Belə ki, hazırda Rəsulzadə qəsəbəsində təmir işləri aparılır. Ancaq qəsəbə sakinləri iddia edirlər ki, təmir işləri ancaq yollara aid edilir. Belə ki, təmir çərçivəsində dalanlar təmir edilmir. Dalanların təmiri üçün vətəndaşlardan pul tələb edilir. Bu hal Rəsulzadə qəsəbəsi Qasımbəy Hacıbababəyov küçəsində baş verib. Yol təmir edilən zaman dalana asfalt örtüyünün salınması üçün vətəndaşlardan 1200 manat pul tələb olunub. Qonşular birləşərək həmin pulu ödədikdən sonra istəklərinə nail ola biliblər.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli isə Sputnik Azərbaycan-a deyib ki, bütün təmir işləri dövlət hesabına aparılır.

Belə ki, ölkə başçısının müvafiq sərəncamı ilə Biləcəri, Binəqədi, Xocasən, Rəsulzadə və 28 May qəsəbələrində yolların təmiri üçün 8,7 milyon manat vəsait ayrılıb. Həmin vəsaitə uyğun olaraq, Binəqədi rayonu Biləcəri qəsəbəsində 7,6 kilometr uzunluğunda, Rəsulzadə qəsəbəsində 6,2 kilometr uzunluğunda, Binəqədidə 7,9 km, Xocəsəndə 5 km, 28 May qəsəbəsində 3,3 km, ümumilikdə 30 km uzunluğunda yolun və küçənin təmiri - asfalt-beton örtüklə örtülməsi prosesi həyata keçirilir. Artıq bu işlərə start verilib.

A.Nəcəflinin sözlərinə görə, həmin qəsəbələrdə təmirə ehtiyacı olan küçə və yollar bu il və növbəti illərdə mütəmadi olaraq təmir ediləcək.

"Təmir əsas yollardan başlanılır, sonra küçələr, dalanlar da təmir edilir. Təmir işləri növbəli şəkildə həyata keçiriləcək. Təmir edilməmiş küçə və ya dalan qalmayacaq. Maliyyə vəsaitləri ayrıldıqca müvafiq layihələr əsasında təmir işləri aparılacaq.

Qurumun sözçüsü qeyd edib ki, yollar, küçələr, dalanlar dövlət hesabına təmir edilir. Hər hansı bir ödəniş tələb edildiyi təqdirdə vətəndaşlar 599-79-75 nömrəli telefona zəng edərək şikayətlərini bildirə bilərlər.

"Qeyd edilən ərazilərin bu il və gələn illər ərzində asfaltlanması nəzərdə tutulur. Vətəndaşlardan hər hansı bir yolun təmiri üçün pul tələb edilərsə, onlar bizə müraciət edə bilərlər".

Xəbər lenti
0