CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Məhəbbət əfsanəsi" yarım əsrdən sonra Azərbaycana qayıdır

© Sputnik / Murad OrujovДворец Гейдара Алиева в Баку
Дворец Гейдара Алиева в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Tamaşa məşhur baletmeyster Yuri Qriqoroviçin quruluşunda, tanınmış rəssam Simon Virsaladzenin səhnə tərtibatında nümayiş olunacaq. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinə Xalq artisti Yalçın Adıgözəlov dirijorluq edəcək

BAKI, 15 yanvar — Sputnik. Dünya klassik musiqisinin şah əsərlərindən biri - görkəmli bəstəkar, Azərbaycanın Xalq artisti Arif Məlikovun "Məhəbbət əfsanəsi" baleti Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yarım əsrdən çox müddətdən sonra təntənəli şəkildə müəllifin vətəninə qayıdır.

Dindarlar, arxiv şəkli - Sputnik Azərbaycan
YAZARLAR
İslamda musiqi, rəsm, heykəltaraşlıq, teatr və kino niyə haramdır?

Sputnik Azərbaycan xəbər verir ki, əsərin martın 13, 15 və 16-da Heydər Əliyev Sarayında təqdimatı keçiriləcək.

Tamaşa məşhur baletmeyster Yuri Qriqoroviçin quruluşunda, tanınmış rəssam Simon Virsaladzenin səhnə tərtibatında nümayiş olunacaq. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinə Xalq artisti Yalçın Adıgözəlov dirijorluq edəcək.

Tamaşada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası, Azərbaycan Dövlət Rəqs Ansamblının solistləri və Bakı Xoreoqrafiya Akademiyasının tələbələri çıxış edəcəklər.

Qeyd edək ki, "Məhəbbət əfsanəsi" baleti 50 ildən sonra ilk dəfə Azərbaycanda oynanılacaq.

Xəbər lenti
0