BAKI, 14 yanvar — Sputnik. Mövsümün ilk yarısını icarə əsasında "Qarabağ"da çıxış edən "Bornmut"un qapıçısı Asmir Beqoviçin "Milan"a keçidi rəsmiləşib.
Sputnik Azərbaycan xəbər verir ki, klubun saytı bosniyalı qolkiperlə iyunun 30-na kimi müqavilə imzalandığını açıqlayıb. Qapıçı, İtaliya klubunda da icarədə oynayacaq.
Təcrübəli qolkiper sabahdan etibarən yeni komandasının düşərgəsinə qoşulacaq. Yanvarın 16-da isə "Milan" onun üçün təqdimat mərasimi və mətbuat konfransı təşkil edəcək.
Qeyd edək ki, 32 yaşlı qapıçı Ağdam klubunda i 17 oyun keçirib. Asmir Beqoviç bu qarşılaşmalarda 16 dəfə qapısında qol görüb.