Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Valverde getdi - "Barselona"nın yeni baş məşqçisi rəsmiləşdi

© REUTERS / ALBERT GEAБывший главный тренер ФК "Барселона" Эрнесто Вальверде, фото из архива
Бывший главный тренер ФК Барселона Эрнесто Вальверде, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Barselona" İspaniya superkubokunun yarımfinalda "Atletiko"ya 2:3 hesabı ilə uduzaraq mübarizəni dayandırmışdı. Bundan dərhal sonra baş məşqçi Ernesto Valverdenin istefaya göndəriləcəyi haqda xəbərlər yayılmışdı.

BAKI, 14 yanvar — Sputnik. "Barselona"da baş məşqçisi dəyişikliyi rəsmiləşib.

Sputnik Azərbaycan klubun saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi baş məşqçisi Ernesto Valverde ilə yolları ayırıb. Bu vəzifəyə Kike Setyen təyin edilib. Mütəxəssislə bu mövsümün sonuna qədər müqavilə imzalanıb.

© AFP 2023 / DAMIEN MEYER"Barselona" klubunun yeni baş məşqçisi Kike Setyen
Valverde getdi - Barselonanın yeni baş məşqçisi rəsmiləşdi - Sputnik Azərbaycan
"Barselona" klubunun yeni baş məşqçisi Kike Setyen

Qeyd edək ki, Setyenin son iş yeri "Betis" klubu olub. O, daha əvvəl "Rasinq", "Las Palmas" kimi klubları və Ekvatorial Qvineya millisini çalışdırıb.

Xatırladaq ki, "Barselona" İspaniya superkubokunun yarımfinalda "Atletiko"ya 2:3 hesabı ilə uduzaraq mübarizəni dayandırmışdı. Bundan dərhal sonra baş məşqçi Ernesto Valverdenin istefaya göndəriləcəyi haqda xəbərlər yayılmışdı.

Xəbər lenti
0