Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Qonşuda gərginlik var – Məhdudiyyətin bizi vurub-vurmayacağı bəlli deyil

© Sputnik / Vitaliy Ankov / Mediabanka keçidПродавец на продовольственной ярмарке, фото из архива
Продавец на продовольственной ярмарке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Bir çox ölkələr artıq kartof və soğanı istixana şəraitində becərməyə başlayıb. Artıq tərəvəz məhsullarını açıq sahədə becərmək həm iqlim amilləri, həm də bitki mühafizə tədbirləri baxımından onlara ciddi təsir göstərir"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 12 yanvar — Sputnik. Türkiyə kartof və quru soğanın xaricə satışını məhdudlaşdırıb. Yerli mətbuatın verdiyi xəbərə görə, Türkiyə Ticarət Nazirliyinin etdiyi dəyişikliyə əsasən, kartof və quru soğanın ixracı icazəyə bağlı mallar siyahısına daxil edilib. "Rəsmi Qəzet"də dərc olunan qərara görə, kartof və quru soğan ixrac etmək istəyən istehsalçılar razılıq almaq üçün Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinə müraciət etməli olacaqlar. Nazirlik icazə versə, icazə verilən şərtlərdə və həcmdə kartof və quru soğan ixrac etmək mümkün olacaq.

Quru soğan, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Nazirlik soğan məsələsinə aydınlıq gətirdi

Qeyd edək ki, ötən il kartof və soğanın qiyməti ilə bağlı Azərbaycanda da vəziyyət gərginləşmişdi. Daha çox idxalçı qismində çıxış edən ölkəmiz ixracatçıya çevrilmiş, son nəticədə adıçəkilən məhsullar bahalaşmışdı.

Bəs, Türkiyədə kartof və quru soğanın ixracının məhdudlaşdırılması Azərbaycanda bu dəfə məhsulların qiymətinə təsir edə bilərmi? Hazırda Türkiyədən ölkəmizə sözügedən məhsullar gətirilirmi?

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli Sputnik Azərbaycan-a deyib ki, son illər iqlim dəyişmələri ilə bağlı bölgəmizdə, eyni zamanda Şərqi Avropa, Şimali Afrika ərazilərində kartof və soğana tələbat artıb: "Tərəvəz məhsulları iqlim amillərinə qarşı xüsusilə həssasdırlar. Hətta bir çox ölkələr artıq kartof və soğanı istixana şəraitində becərməyə başlayıb. Artıq tərəvəz məhsullarını açıq sahədə becərmək həm iqlim amilləri, həm də bitki mühafizə tədbirləri baxımından onlara ciddi təsir göstərir. Risklər artdığı üçün tərəvəz məhsullarını istixanalarda yetişdirməyə başlayıblar. Artıq bizdə də bunun ilkin təcrübələri başlayıb. Əgər proses belə davam etsə, digər tərəvəz məhsullar ilə yanaşı, kartof və soğanı da istixanalarda yetişdirmək məcburiyyətində qalacağıq ki, əhalinin bu məhsullara artan tələbatını ödəyə bilək".

"Keçən il bizə Şərqi Avropa ölkələrindən xüsusilə soğan ilə bağlı çoxsaylı müraciətlər edilib. Çünki Şərqi Avropa ölkələrində əlverişsiz iqlim səbəbindən soğanın məhsuldarlığı kəskin aşağı düşüb. Bütün bunlar ciddi siqnallardır. Azərbaycanda da kartof və soğanda məhsuldarlığın artırılması, milli kartofçuluq sisteminin yaradılması ilə bağlı ciddi addımlar atılmalıdır" – deyə o qeyd edib.

Ekspert bildirib ki, son bir neçə ildə Türkiyədə kartof və soğan ilə bağlı ciddi gərginlik var: "Ötən il Türkiyə bu məhsullara olan tələbatını Suriya, İran və digər ölkələrin hesabına təmin etdi. İllərdir ki, Türkiyənin bu məhsullara olan tələbatı artan dinamika üzrə gedir. Eyni proses məsələn, İranda, Rusiyada da gedir. Ötən il İran da kartofun ixracına məhdudiyyət tətbiq etmişdi. Türkiyədə kartof və quru soğanın xaricə satışının məhdudlaşdırılması Azərbaycanda bu məhsulların qiymətlərinə təsir etməyəcək. Çünki Azərbaycanın bu məhsullar üzrə Türkiyə ilə ciddi bir dövriyyəsi yoxdur. Son illərdə Türkiyədən Azərbaycana kartof və soğan gəlmir, amma əvvəllər olub. Bizdən də ciddi mənada kartof və soğan Türkiyəyə göndərilmir, çünki maya dəyəri baha başa gəlir. Türkiyənin bu addımı bizim bazara təsir etməyəcək".

Vacib qərar: Ölkədən kartof və soğan çıxarılmasının qarşısı alınır

O bildirib ki, bizdə kifayət qədər soğan istehsalı var və xaricdən soğan almırıq: "Ötən il Azərbaycandan 7 min tondan çox soğan Şərqi Avropa ölkələrinə, Rusiyaya və digər yerlərə ixrac edilib. Ölkədə ümumilikdə 1 milyon tondan çox kartof istehsal edilir, amma ildə 160 min ton kartof xaricdən, xüsusən İrandan alırıq. Çünki bizdə kifayət qədər saxlanc imkanları olmadığına görə bu ehtiyatları saxlaya bilmirik. Nəticədə xaricdən kartof almaq məcburiyyətində qalırıq. Ölkədə kifayət qədər saxlanc yerləri yaratmaq lazımdır ki, ehtiyatları yığıb həm daxili tələbatı təmin edək, həm də xarici bazarlara göndərək".

Xəbər lenti
0