CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vacib qərar: Ölkədən kartof və soğan çıxarılmasının qarşısı alınır

© Sputnik / Alexey Malgavko / Mediabanka keçidТележка с мешком лука и картофеля
Тележка с мешком лука и картофеля - Sputnik Azərbaycan
Abunə olmaq
1 kq təzə və ya soyudulmuş kartofun ixracına görə 1 ABŞ dolları, mayın 31-dək isə ölkəyə 1 kq şalot soğanın və ağbaş və qırmızıbaş kələminə idxalına 2 ABŞ dolları gömruk rusumu tətbiq edilir.

BAKI, 6 aprel — Sputnik. Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilib. 

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Baş nazir Novruz Məmmədov qərar imzalayıb. 

Qərarla 2019-ci il aprelin 30-dək ölkədən 1 kq təzə və ya soyudulmuş kartofun ixracına görə 1 ABŞ dolları, mayın 31-dək isə ölkəyə 1 kq şalot soğanın və ağbaş və qırmızıbaş kələminə idxalına 2 ABŞ dolları gömruk rusumu tətbiq edilir.

Bununla da, Nazirlər Kabineti son zamanlar qiyməti sürətlə artmaqda olan məhsulların ölkədən çıxarılmasına faktiki olaraq mane olmağa çalışıb.

Xəbər lenti
0