Həftar ordusu Türkiyə PUA-sını vurduğunu deyir

© © KARIM SAHIB / AFPLiviya
Liviya - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Bundan öncə Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan Liviya üzrə vahid mövqe razılaşdıraraq tərəfləri 12 yanvar 00:00-dan etibarən atəşkəs elan edərək danışıqlar masasaı arxasında əyləşməyə çağırmışdılar

BAKI, 12 yanvar — Sputnik. Xəlifə Həftarın Liviya Milli Ordusu (LMO) minomyotlar üçün mərmi daşıyan Türkiyəyə məxsus pilotsuz uçan aparatı (PUA) vurduğunu iddia edir.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə məlumatı "Əl-Karama" operativ əməliyyat qərargahının mətbuat xidməti yayıb.

Политолог Тофик Аббасов - Sputnik Azərbaycan
Politoloq: “Türkiyənin Liviyaya hərbi kontingent göndərməsi suallar doğurur”

Bazar gününə keçən gecə LMO və Milli Razılıq Hökuməti Liviyanın qərbində yerli vaxtla 00:00-dan etibarın atəşkəs elan etmişdilər. Hər iki tərəf atəşkəsin istənilən pozulmasına cavab verəcəyini söz verib. 

"Türkiyənin pilotsuz aparatı minomyotlar üçün mərmi daşıyırdı, amma vurulub. Bu (uşuş), sülhün pozulmasıdır. Onu 128-ci quru qoşunları batalyonunun Abdulla əl-Utayri adına bölməsi vurub", - bəyanatda deyilir. 

Bundan öncə Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan Liviya üzrə vahid mövqe razılaşdıraraq tərəfləri 12 yanvar 00:00-dan etibarən atəşkəs elan edərək danışıqlar masasaı arxasında əyləşməyə çağırmışdılar. Ancaq LMO-ya baçılıq edən Həftar bu təşəbbüsü alqışladığını, amma ötən ilin aprelindən bəri Tripoliyə etdiyi hücumu davam etdirəcəyini deyib. Öz növbəsində Liviyanın tanınmış Milli Razılıq Hökumətinin başçısı Fayez Sərrac şənbə günü İtaliyaya səfəri zamanı bildirib ki, o da atəşkəsi təqdir edir, amma LMO bölmələrinin geri çəkilməsi şərtini qoyur.

2011-ci ildə Müəmmar Qəddafinin qətlindən sonra Liviyanın vahid dövlət kimi mövcudluğu bitdi. Hazırda ölkədə ikihakimiyyətlilikdir. Şərqdə xalqın seçdiyi Parlament, qərbdə, paytaxt Tripolidə isə BMT və Avropa Şurasının dəstəyi ilə formalaşdırılmış Milli Razılıq Hökuməti bərqərar olub. Ölkənin şərqindəki hakimiyyət Tripolidən asılı olmayaraq fəaliyyət göstərir və Xəlifə Həftarın ordusu ilə əməkdaşlıq edir.

Xəbər lenti
0