SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq: “Türkiyənin Liviyaya hərbi kontingent göndərməsi suallar doğurur”

© Sputnik / Murad OrujovПолитолог Тофик Аббасов
Политолог Тофик Аббасов - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Tofiq Abbasov deyir ki, Türkiyənin Suriya ilə bağlı mövqeyi başa düşülən olsa da, onun Liviyaya hərbi kontingent göndərməsi suallar doğurur
Tofiq Abbasov: “Moskva və Ankara hələ vahid mövqedən çıxış etmirlər”

“Türkiyə və Rusiya arasında ümidverici münasibətlər formalaşıb”. Bunu Sputnik Azərbaycan-a Türkiyə və Rusiya prezidentlərinin görüşünü şərh edərkən politoloq Tofiq Abbasov deyib.

O bildirib ki, bu münasibətlər tək iki ölkənin deyil, böyük bir regionun xeyirinə işləyəcək: “Artıq bölgədə yeni geo-iqtisadi mərkəz yaranır. Lakin burada narahat edən məqamlar da var. Moskva və Ankara Suriya və Liviya məsələsində hələ vahid mövqedən çıxış etmirlər. Türkiyənin Suriya ilə bağlı mövqeyi başa düşülən olsa da, onun Liviyaya hərbi kontingent göndərməsi suallar doğurur. Liviyanı parçalayan qüvvələr bu ölkədə sabitliyin olmasında maraqlı deyil”.

Qeyd edək ki, İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin nümayəndə heyətlərinin iştirakı olmadan təkbətək formatda görüş keçiriblər. Türkiyə və Rusiya Xarici İşlər nazirləri birgə brifinqdə məlumat veriblər ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin Liviyada atəşkəslə bağlı bütün tərəflərə çağırış ediblər.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0