Britaniyanın Müdafiə naziri: "Bu fikir məni yatmağa qoymur"

© U.S. Army / Sgt. HENRY VILLARAMAСолдаты США, фото из архива
Солдаты  США, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ben Uolles hesab edir ki, London 2010-cu ildə qəbul edilmiş, "Böyük Britaniyanın hər zaman amerikalılarla birlikdə döyüşəcəyini" ehtiva edən doktrinanı yenidən nəzərdən keçirməlidir

BAKI, 12 yanvar — Sputnik. "Böyük Britaniya ABŞ-ın dünyadakı hərbi rolunun zəifləməsinə hazır olmalı və müharibələri təkbaşına aparmağı öyrənməlidir".

Президент США Дональд Трамп - Sputnik Azərbaycan
ABŞ-dan gözlənilməz gediş – Tramp yenə təəccübləndirdi

Sputnik Azərbaycan bildirir ki, bunu "The Sunday Times"a müsahibəsində Birləşmiş Krallığın Müdafiə naziri Ben Uolles deyib.

O bildirib ki, "ABŞ dünyada lider mövqelərini itirə bilər. Bu, həm dünya, həm də bizim üçün pis olacaq. Bu fikir mənə gecələr rahat yatmağa imkan vermir".

Uolles Vaşinqtonun sonuncu hərbi əməliyyatlarını - qoşunların Suriyadan çıxarılması və NATO-dan Yaxın Şərqdəki əməliyyatlarda daha fəal olmağı xahiş etməsini - xatırladıb. Onun fikrincə, bunlar o deməkdir ki, ABŞ Prezidenti Donald Tramp getdikcə daha çox təcrid olunmuş xarici siyasət aparacaq.

Bununla əlaqədar olaraq nazir hesab edir ki, London 2010-cu ildə qəbul edilmiş, "Böyük Britaniyanın hər zaman amerikalılarla birlikdə döyüşəcəyini" ehtiva edən doktrinanı yenidən nəzərdən keçirməlidir:

"Bizim Hərbi Qüvvələrimiz daha ABŞ-a, gələcək münaqişələrdə onun havadan dəstəyinə və kəşfiyyatçı təyyarələrinə bel bağlamamalıdır".

Ötən il noyabrın sonunda Müdafiə Araşdırmaları üzrə Kral Birləşmiş İnstitutu aydınlaşdırmışdı ki, münaqişə olarsa, Böyük Britaniyanın quru qoşunları Rusiyaya müqavimət göstərə bilməyəcək. Ekspertlər güman etmişdilər ki, britaniyalıların hərbi sursatları, artilleriya qurğuları və nəqliyyat vahidləri "kritik dərəcədə" azdır və Böyük Britanıya ordusunun modernləşdirilməsi "təxirəsalınmaz və kritik prioritetdir".

Həmçinin məruzədə qeyd olunmuşdu ki, Britaniya ordusunun ümumi sayı artıq doqquzuncu ildir ki, azalır, Müdafiə Nazirliyinin büdcəsində isə 7 milyard funt-sterlinqlik boşluq yarana bilər.

Xəbər lenti
0