Sultan öldü, yaşasın yeni sultan!

© © Andrew Caballero-Reynolds/Pool via REUTERSСултан Кабус бен Саид, фото из архива
Султан Кабус бен Саид, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Sultanın vəfatı ilə bağlı ölkədə 3 günlük matəm elan olunub, ölkə ərazisində dövlət və özəl müəssisələrin fəaliyyəti dayandırılıb

BAKI, 11 yanvar — Sputnik. Oman Sultanı Qabus bin Səid vəfat edib.

Şahzadənin toy suvenirləri - Sputnik Azərbaycan
Kral ailəsinin hədiyyələri satışa çıxarıldı

Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, Sultan uzun sürən xəstəlikdən sonra yanvarın 10-da 79 yaşında dünyasını dəyişib.

Məlumata əsasən, Qabus bin Səid 2015-ci ildən xərçəng xəstəlindən əziyyət çəkib. O, dəfələrlə Almaniyaya müalicəyə gedib. Son vaxtlar isə yerli KİV onun səhhətinin ağırlaşması barədə məlumatlar yayırdı.

Qeyd edək ki, sultanın vəfatı ilə bağlı ölkədə 3 günlük matəm elan olunub, ölkə ərazisində dövlət və özəl müəssisələrin fəaliyyəti dayandırılıb.

65 yaşlı Haytam bin Tariq əl Said Omanın yeni sultanı elan edilib. O, daha əvvəl ölkənin mədəniyyət naziri olub.

Xəbər lenti
0