BAKI, 22 may — Sputnik. Keçən həftə dünya mətbuatında ən çox müzakirə olunan mövzulardan biri Böyük Britaniya şahzadəsi Paris Harri ilə aktrisa Meqan Marklinin toyu oldu. Toya dəvət olunanlar sırasında xeyriyyəçilər, məktəblilər, kral ailəsinin işçiləri və Vindsor şəhərinin sakinləri də var idi.
Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, toydan sonra maraqlı fakt ortaya çıxıb. Belə ki, 2600 dəvətliyə kral ailəsi adından toy hədiyyəsi təqdim edilib. Toydan dərhal sonra bəzi dəvətlilər onlara verilən hədiyyələri internetdə satışa çıxarıblar.