Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Balaca Nərmini öldürən şəxs həbs edildi

© Sputnik / Maksim Bogodvid / Mediabanka keçidHakim çəkici, arxiv şəkli
Hakim çəkici, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Tovuz rayon Məhkəməsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, İ.Süleymanov azyaşlıya qarşı törətdiyi cinayəti məhkəmədə bir daha etiraf edib

BAKI, 11 yanvar — Sputnik. Tovuz rayon Dondar Quşçu kənd sakini Nərmin Quliyevanın qətlində təqsirləndirilən Süleymanov İlkin İbrahim oğlu barəsində 2 aylıq həbs qərarı verilib.

Qandal, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Nərminin qətlində şübhəli hesab edilən şəxs saxlanılıb

Tovuz rayon Məhkəməsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, İ.Süleymanov azyaşlıya qarşı törətdiyi cinayəti məhkəmədə bir daha etiraf edib.

Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı ilə bağlı Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

Nərminin ölümü ilə bağlı dəhşətli təfərrüat: Dırnaqları kəsilib, başına...

İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.

İ.Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib. Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Xəbər lenti
0