CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nərminin ölümü ilə bağlı dəhşətli təfərrüat: Dırnaqları kəsilib, başına...

© Sputnik / Ilham MustafayevNərmin Quliyevanın cəsədinin yandırlıdğı ərazi
Nərmin Quliyevanın cəsədinin yandırlıdğı ərazi - Sputnik Azərbaycan
Abunə olmaq
Uşağın dırnaqlarının kəsili olması bəzi şübhələrə əsas verib. Belə ki, istintaq-əməliyyat qrupunun üzvləri bu qənaətə gəliblər ki, qatil bunu qurbanın cinsi əlaqə zamanı ona xəsarət yetirməməsi üçün edib

BAKI, 8 yanvar — Sputnik. Tovuz rayonunun Dondar Quşçu kəndində itkin düşən on yaşlı Quliyeva Nərmin Şərif qızının ölüm tarixi və qətli ilə bağlı bəzi təfərrüatlar üzə çıxıb. Sputnik Azərbaycan-ın oxu.az-a istinadən məlumatına görə, patoloq-anatomlar mərhumun ölümünün səbəb və vaxtını müəyyən ediblər.

Təcili tibbi yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Əvvəl döydü, sonra üstündən at arabası ilə keçdi – Ağdamda qətl

Hüquq-mühafizə orqanlarından daxil olan məlumata görə, Nərmin təxminən beş gün əvvəl öldürülüb. Mütəxəssislər N.Quliyevanın baş nahiyəsində dəmir alətlə vurulan zərbələr nəticəsində alınan beş xəsarət (bir yerdə kəllə sınıb) qeydə alıblar. Məhkəmə-tibbi ekspertizası təcavüz faktını təyin edə bilməyib. Buna səbəb isə öldürülən uşağın beldən aşağı hissəsinin tamamilə yandırılmasıdır.

Güman edilir ki, noyabrın 21-də itkin düşdüyü paltarda tapılan Nərmin bu müddət ərzində Dondar Quşçu kəndinin ərazisinə yaxın hansısa evin zirzəmisində saxlanılıb. Çünki Nərminin meyitinin tapıldığı yerdə avtomobilin təkərlərinə aid heç bir iz tapılmayıb. Lakin qatilin qurbanın cəsədini tikinti arabasında gətirdiyini göstərən izlər qeydə alınıb.

Əvvəl cinayətkar cəsədi plastik torbaya yerləşdirib. Daha sonra onu evinin yaxınlığındakı yolun kənarında yandırıb. Nərminin insanlığa sığmayan tərzdə qətlə yetirilməsində kimin əli olduğu isə hələlik bəlli deyil. Uşağın dırnaqlarının kəsili olması bəzi şübhələrə əsas verib. Belə ki, istintaq-əməliyyat qrupunun üzvləri bu qənaətə gəliblər ki, qatil bunu qurbanın cinsi əlaqə zamanı ona xəsarət yetirməməsi üçün edib.

Qətl günü rastına çıxan ilk maşına oturub Bakıya uçmaq üçün hava limanına tələsən adam

Qeyd edək ki, bu günə qədər qohumların şübhəli və ziddiyyət doğuran ifadələr verməyiblər. Hazırda müstəntiqlər dəlil və sübutlara əsasən axtarışları davam etdirir. Xatırladaq ki, Nərmin Quliyeva 21 noyabrda, saat 15:00-da qonşuların qeyd etdiyi toy şənliyi zamanı yoxa çıxıb.

Xəbər lenti
0