CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qarnında narkotik keçirmək istəyən qadın tutuldu

© Sputnik / Anar MustafayevДевушка в наручниках, фото из архива
Девушка в наручниках, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qadının düz bağırsağında ümumi çəkisi 99 qram təşkil edən heroin və ümumi çəkisi 70 qram təşkil edən metamfetamin aşkar edilib

BAKI, 11 yanvar — Sputnik. Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsindən Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olmuş məlumat əsasında Biləsuvar gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılaraq onunla şifahi sorğu-sual aparılıb.

5 bükümdə ümumi çəkisi 6 kiloqram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb - Sputnik Azərbaycan
HADİSƏ
İrandan Azərbaycana narkotik vasitə gətirən şəxs saxlanılıb

Sputnik Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, onun üzərində qadağan olunmuş predmetlərin, o cümlədən narkotik vasitələrin, psixotrop maddələrin və digər əşyaların olub-olmaması soruşulub. Xanım vətəndaş isə öz növbəsində onda qadağan olunmuş heç bir predmet olmadığını bildirib. Sonra onun üzərində şəxsi yoxlama aparılıb və qanunla qadağan olunmuş hər hansı predmet aşkar edilməyib. Lakin daxili orqanlarında narkotik vasitə olduğu ehtimal edildiyindən onun həkim müayinəsindən keçirilməsi zərurəti yaranıb. Bundan sonra xanım vətəndaş Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Müayinə zamanı onun daxili orqanı - düz bağırsağından, gömrük nəzarətindən gizlədilmiş 6 ədəd bükümdə, ümumi çəkisi 99 qram təşkil edən açıq qəhvəyi rəngli, narkotik vasitə - heroin və ümumi çəkisi 70 qram təşkil edən ağ rəngli, xırda kristallik halda psixotrop maddə - metamfetamin aşkar edilib.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.

Xəbər lenti
0