CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İrandan Azərbaycana narkotik vasitə gətirən şəxs saxlanılıb

© Sputnik / Rahim Muradov5 bükümdə ümumi çəkisi 6 kiloqram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb
5 bükümdə ümumi çəkisi 6 kiloqram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və Anar Bağırov barəsində Nərimanov rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib

BAKI, 7 yanvar — Sputnik. İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə 10 kiloqramdan artıq tiryək gətirən şəxs saxlanılıb. Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısına qarşı növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. Belə ki, Baş İdarəyə İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitənin keçirildiyi barədə əməliyyat məlumatı daxil olub. Məlumat əsasında Cəlilabad rayonu ərazisində həyata keçirilən əməliyyat zamanı rayon sakini əvvəllər məhkum olunmuş Anar Bağırov saxlanılıb. Onun idarə etdiyi "KİA" markalı avtomobilə baxış zamanı ümumi çəkisi 10 kiloqram 77,780 qram narkotik vasitə olan tiryək və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, Anar Bağırov istintaqa şəxsiyyəti məlum olmayan İran vətəndaşı ilə əlaqə saxlayaraq ondan tamah niyyəti və satış məqsədilə narkotik vasitə olan tiryək əldə edib. Daha sonra həmin narkotik vasitələri paytaxt Bakıya gətirmək istəyən zaman isə o, polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və Anar Bağırov barəsində Nərimanov rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti
0