BAKI, 6 yanvar — Sputnik. İranda Ukrayna sərnişinlərinin olduğu "Boeing 737" sərnişin təyyarəsi qəzaya uğrayıb.
Sputnuik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, hadisə bu gün səhər tezdən İmam Xomeyni adına beynəlxalq hava limanında baş verib.
Məlumata görə, təyyarə uçuşdan 2 dəqiqə sonra yerə düşüb. Hava limanının rəhbəri məlumatı təsdiqləyib. Qəzanın texniki səbəblərdən baş verdiyi bildirilir.
Şahidlərdən biri səmada yanaraq yerə düşən obyekti çəkib. Obyekt yerə düşərkən partlayır. İddiaya görə, bu, qəzaya uğrayan təyyarənin görüntüləridir.
Qeyd edilir ki, hadisə zamanı təyyarədə 180 nəfər olub. Digər məlumatlara görə, təyyarənin göyərtəsində 167 sərnişin olub.
— هلال احمر ایران (@Iranian_RCS) January 8, 2020
Hələlik ölənlər barədə məlumat yoxdur.