Azərbaycan mətbəxi hamını aşiq etdi – aşpazlarımız hakimləri mat qoydu

© © Azerbaijan National Culinary CenterAzərbaycan nümayəndə heyəti İstanbulda 17-ci Beynəlxalq Kulinariya Çempionatında
Azərbaycan nümayəndə heyəti İstanbulda 17-ci Beynəlxalq Kulinariya Çempionatında - Sputnik Azərbaycan
Abunə olmaq
Yeməklərinin qeyri-adi təqdimatı və dadı ilə beynəlxalq dərəcəli münsifləri təəccübləndirən azərbaycanlı aşpazlar iki qızıl və iki gümüş medala layiq görülüblər

Zarina Orucəliyeva, Sputnik Azərbaycan

BAKI, 11 yanvar — Sputnik. Azərbaycanlı aşpazlar komandası İstanbulda baş tutmuş 17-ci Beynəlxalq Kulinariya Çempionatının ən yüksək mükafatlarına layiq görülüb. Sputnik Azərbaycan xəbər verir ki, yarışmada beş nəfərdən - gənc və təcrübəli aşpazlardan ibarət komanda iştirak edib.

Ölkəmizin təmsilçiləri İstanbulda iki qızıl və iki gümüş medal qazana biliblər.

Müsabiqə Dünya Kulinariya Təşkilatları Birliyinin (WACS) üzvü olan Türkiyə Kulinarlar və Aşpazlar Birliyi tərəfindən təşkil edilib. Yarışmada 46 ölkənin kulinariya mütəxəssisi iştirak edib.

Müsabiqə zamanı azərbaycanlı aşpazlar 30 dəqiqə ərzində bir neçə yemək hazırlamalı olublar. Məsələn, quzu qızartması bişirmiş Gülnar Ələsgərova qızıl medal qazanıb. O, hazırladığı təamını hakimlərin qarşısına müasir təqdimatda çıxarıb və yeməyin tərkibinə digər inqrediyentlərlə yanaşı hətta nar da əlavə edib.

© © Azerbaijan National Culinary Center
Azərbaycan nümayəndə heyəti İstanbulda 17-ci Beynəlxalq Kulinariya Çempionatında - Sputnik Azərbaycan
1/3
© © Azerbaijan National Culinary Center
Azərbaycan nümayəndə heyəti İstanbulda 17-ci Beynəlxalq Kulinariya Çempionatında - Sputnik Azərbaycan
2/3
© © Azerbaijan National Culinary Center
Azərbaycan nümayəndə heyəti İstanbulda 17-ci Beynəlxalq Kulinariya Çempionatında - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3

İştirakçıların dediyinə görə, ən çətini hər şeyi verilmiş vaxt çərçivəsində etmək olub.

"Azərbaycan mətbəxində elə yeməklər var ki, onları bir neçə saat bişirmək lazım olur. Hər şeyi 30 dəqiqəyə etməli idik. Hakimlər qərarlarını böyük bir siyahıya əsasən çıxarırlar. Bura yeməyin təqdimatı da aiddir. Təqdimat elə olmalıdır ki, yemək birinci yerə layiq görülsün", - Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru, YUNESKO-nun Ənənəvi Qida Komitəsinin sədri Tahir Əmiraslanov deyib.

İştirakçılar yeməklərin bişirilmə prosesinə milli ləzzət çalarlarını əlavə etməklə münsifləri təəccübləndirməyə çalışıblar.

Baş kulinar: "Mətbəx vasitəsilə beyinləri yuma, ürəklərə girmə siyasəti var"

Azərbaycandan olan digər bir iştirakçı Nailə Kərimova ilk dəfə olaraq beynəlxalq çempionatda gücünü sınayıb. O, hamımızın sevdiyi gürzə yeməyini müasir üslubda hazırlayıb, eləcə də milli ədviyyatlar, qaymaq və qoz əlavə etməklə hazırlanmış armud desertini təqdim edib.

Çempionatın qaydalarına görə, təqdim olunan hər bir yemək üç komponentdən ibarət olmalıdır, buna görə də aşpazlar milli souslardan bəzək kimi və dad vermək üçün istifadə ediblər.

Münsifləri ən çox üçüncü dərəcəli gənc aşpaz Qurbanəli Hüseynov təəccübləndirib. Onun bişirdiyi qızılbalığının üzərində küncüt və xardaldan hazırlanmış incə xırtıldayan qabıq olub. Aşpaz balığın yanında Azərbaycanın cənubunda becərilən qəhvəyi düyüdən qarnir təqdim edib. Düyünün hazırlanma üsulu ona xüsusi bir dad verib: təam incə doğranmış quru meyvələr, ət və karamelləşdirilmiş qırmızı soğan ilə plov şəklində süfrəyə verilib. Hüseynov sous kimi karamelləşdirilmiş qırmızı soğan və qaymaq qatılmış narşərabdan da istifadə edib.

© © Azerbaijan National Culinary CenterAzərbaycan nümayəndə heyəti İstanbulda 17-ci Beynəlxalq Kulinariya Çempionatında
Azərbaycan mətbəxi hamını aşiq etdi – aşpazlarımız hakimləri mat qoydu - Sputnik Azərbaycan
Azərbaycan nümayəndə heyəti İstanbulda 17-ci Beynəlxalq Kulinariya Çempionatında

Yeri gəlmişkən, ona yeməyi bu cür təqdim etmək təklifini təcrübəli aşpaz Ağa Salmanov verib. Çempionatdan əvvəl Salmanov gənc aşpaza təlimat verərək fərqli dadların ahəngini izah edib.

Hər bir halda müsabiqə azərbaycanlı iştirakçılar üçün uğurlu olub. Bir qədər xoşagəlməz hadisə təcrübəli aşpazlar Ağa Salmanov və Ruslan Şıxıyevin 17-ci Beynəlxalq Kulinariya Çempionatı çərçivəsində iştirak etdikləri beynəlxalq aşpaz təlimi kursu ilə bağlı olub. Tahir Əmiraslanov deyib ki, kursun təşkili ilə bağlı daxili problemlər üzündən 19 ölkədən olan aşpaza müvafiq ixtisasları təsdiq edən sertifikatlar təəssüf ki, verilməyib.

Xəbər lenti
0