12:04 21 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
21 0 0

Ölkə mətbəxinin tanıtımı istiqamətində nəzərdə tutulan işlər reallaşsa və bu məsələdə onlara dəstək olsa, o zaman 2028-ci ildə mətbəx dedikdə ağıla ilk olaraq Azərbaycan və Bakı gələcək

BAKI, 10 dekabr — Sputnik. "Mətbəx vasitəsilə beyinləri yuma, ürəklərə girmə siyasəti var. Çünki bir kəs hansısa ölkənin mətbəxini bəyənərsə, bu zaman istər-istəməz həmin ölkə haqda da məlumatlar axtarır, onun tarixi ilə tanış olur. Çünki bilirsiniz ki, ana bətnində ikən də inkişaf dövrü qida borusundan başlayır. Qida borusunun məziyyətini bilənlər insan psixologiyasını da yaxşı başa düşürlər. Aşpaz da birbaşa olaraq hər kəsin qida borusuna xidmət edir".

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov bu gün Sputnik Azərbaycan-ın Mətbuat Mərkəzində "Azərbaycan mətbəxində dolmalar - 381 çeşid" kitabının təqdimat mərasimində deyib.

T.Əmiraslanov yeni işıq üzü görən kitabla bağlı da danışıb: "Kitabı işıq üzü gördü. Lakin bir kitabın işıq üzü görməsi ilə işlər yekunlaşmamalıdır. Bu kitab başqa dillərə də tərcümə olunmalı, onun üzərində işləyənlər qiymətləndirilməlidir".

O bundan başqa, restoranlarda da artıq halal hərəkatına start verdiklərini vurğulayıb.

T.Əmiraslanov qeyd edir ki, ölkə mətbəxinin tanıdılması istiqamətində nəzərdə tutulan işlər reallaşsa və bu məsələdə onlara dəstək olsa, o zaman 2028-ci ildə mətbəx dedikdə ağıla ilk olaraq Azərbaycan və Bakı gələcək.

Əsas mövzular