Zelenskidən Tehran qarşısında tələb – Etiraf edin, kompensasiya verin

© © Nazanin Tabatabaee/WANA (West Asia News Agency) via REUTERSНа месте крушения самолета в Иране
На месте крушения самолета в Иране - Sputnik Azərbaycan
Abunə olmaq
Ukrayna prezidenti həmçinin ümid edib ki, bundan sonra aparılacaq araşdırmalar süni maneələrsiz həyata keçiriləcək

BAKI, 11 yanvar — Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenski İrandan Ukrayna Hava Yollarına məxsus "Boeing 737-800" qəzaya uğramasına görə günahını tamamilə etiraf etməsini tələb edib.

На месте крушения пассажирского лайнера Украины Boeing 737-800 - Sputnik Azərbaycan
İran etiraf etdi: “Ukrayna təyyarəsini səhvən vurmuşuq”

O, bildirib ki, Ukrayna İrandan rəsmi üzrxahlıq, günahkarların cəzalandırılmasını və kompensasiya ödənişini gözləyir.

Zelenskinin sözlərinə görə, səhər yaxşı başlamayıb, lakin həqiqəti gətirib: "Beynəlxalq komissiyanın işinin yekunlaşmasına qədər İran Ukrayna laynerinin qəzaya uğramasına görə günahını etiraf etdi".

O, həmçinin ümid edib ki, bundan sonra aparılacaq araşdırmalar süni maneələrsiz həyata keçiriləcək.

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı general Qasım Süleymani, Hüseyn Pur Cəfəri, Şəhruz Müzəffərinia, Hadi Taremi, Vəhid Zamaninia və İraqın könüllü "Həşdi-Şaabi" qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb. İranın Ali dini lideri Əli Xamenei və İran Prezidenti Q.Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib.

Yanvarın 8-i isə İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı aviabazalarına raket zərbəsi endirib.

İran-ABŞ münaqişəsi: Yaxın Şərqdə gərginliyin azalmasını gözləmək olarmı?

"Press TV" telekanalının məlumatına görə, İranın ABŞ-ın İraqdakı hərbi bazalarına raket zərbəsi nəticəsində 80 nəfər ölüb. Rəsmi Vaşinqton isə aviazərbələr nəticəsində itkinin olmadığını bildirib.

Yanvarın 8-də Ukrayna Beynəlxalq Hava Yollarına məxsus "Boeing" sərnişin təyyarəsinin Tehranın İmam Xomeyni hava limanı yaxınlığında qəzaya uğramasına dair məlumat verilib. Hadisədə təyyarənin göyərtəsində olan 176 nəfərin hamısı həlak olub.

Lakin Zərif bu gün paylaşdığı tvitində qeyd edib ki, silahlı qüvvələr tərəfindən aparılmış təhqiqat nəticəsində "Boeing 737-800" təyyarəsinin "insan səhvi" səbəbindən vurulduğu məlum olub. O, faciənin ABŞ avantürizminin səbəb olduğu böhran zamanı baş verdiyini deyib. 

Xəbər lenti
0