CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda kasıblara müjdə - biznes qura biləcəklər

© Sputnik / Murad OrujovЖенщина пересчитывает монеты, фото из архива
Женщина пересчитывает монеты, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
2020-ci ildə özünüməşğulluq proqramına cəlb olunanların sayının daha 11 minə çatdırılması nəzərdə tutulur

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 10 yanvar — Sputnik. Azərbaycanda aztəminatlı və həssas təbəqələr arasında bu il özünüməşğulluq proqramına cəlb olunanların əhatəsi daha da genişləndiriləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin sektor müdiri Həzrət Orucov məlumat verib.

İnfoqrafika: Postsovet ölkələrində müəssisələrin qeydiyyatı - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Azərbaycanda şəxsi biznes: tez və sadə

Onun sözlərinə görə, 2020-ci ildə özünüməşğulluq proqramına cəlb olunanların sayının daha 11 minə çatdırılması nəzərdə tutulur. O bildirir ki, özünüməşğulluq proqramının genişləndirilməsi işlərində Dünya Bankı və BMT İnkişaf Proqramı ilə əməkdaşlıq da öz töhfəsini verəcək: "Özünüməşğulluq proqramına qoşulanların bu il sayının 11 min nəfərə çatdırılması hədəflənib. Eyni zamanda Azərbaycan hökuməti və Dünya Bankına arasında bağlanacaq müqaviləyə əsasən? ölkədəki məşğulluğa dəstək layihəsi çərçivəsində 2020-ci ildə ilkin olaraq iki min nəfərin məşğulluğuna dəstək göstəriləcəyi nəzərdə tutulur. Ölkəmizdə əhalinin səmərəli məşğulluq imkanlarının artırılması üçün aparılan işləri xüsusilə həssas qruplardan olan vətəndaşların kiçik biznesə çıxışına imkan yaradılmasında mühüm önəm kəsb edir. Bu proqramın əhatə dairəsi günü-gündən genişləndirilir. Dünya Bankının "Azərbaycanda Məşğulluğa Dəstək" Layihəsi ölkəmizdə özünüməşğulluq proqramının genişləndirilməsinə, işsiz şəxslərin özünüməşğulluğa cəlb edilərək onların formal əmək bazarına və məhsuldar məşğulluğa çıxış imkanlarının yaradılmasına dəstək verəcək".

Həzrət Orucov deyir ki, ötən il özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 11 mini ötüb: "Bu şəxslərdən 8500 nəfəri onlara verilən aktivlərdən istifadə edib. Onlardan 62 faizi kənd təsərrüfatı, 32 faizi isə xidmət və istehsalat sahələrində çalışır".

Xidmət səlahiyyətlisinin sözlərinə görə, özünüməşğulluq proqramı ailələrə biznes fəaliyyətinə başladıqdan sonra öz ailə gəlirlərini sabit mənbədən formalaşdırmağa imkan yaradır: "Bu isə ölkədə işsizliyin azalmasına gətirib çıxardır. Onlar biznes fəaliyyətə başlayan kimi kiçik sahibkarlara çevrilirlər. Daha sonra, onların gələcəkdə isə orta və kiçik sahibkara çevrilməsi mümkündür".

Sektor müdiri deyir ki, özünüməşğulluqla bərabər Sosial Bağlar layihəsi də kənd yerlərində əhalinin məşğulluğuna töhfə verir. Onun sözlərinə görə, Sosial Bağlar layihəsi çərçivəsində 41 rayonda 21 ailə üçün intensiv meyvə bağları salınıb.

Xəbər lenti
0