Математика - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycanda şəxsi biznes: tez və sadə

Abunə olmaq
"Doing Business" reytinqi kiçik və ya orta sahibkarlığın qeydiyyatı zamanı aparılmalı olan prosedurların sayını, habelə sahibkarların vaxtını və xərclərini əks etdirir.

Şəxsi biznesin qeydiyyata alınması şərtlərinə görə (daha doğrusu, bir sahibkarın öz biznesini qurmağa sərf etdiyi vaxt və pul baxımından) Azərbaycan Dünya Bankının Doing Business reytinqində 190 ölkə arasında doqquzuncu, postsovet ölkələri arasında üçüncü yeri tutub.

Xüsusilə, Azərbaycan Vergilər Nazirliyinin məlumatına görə, 2019-cu ilin yanvar-iyul aylarında ölkədə 7116 məhdud məsuliyyətli müəssisə qeydiyyata alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə onların sayı 18% artıb, yeni müəssisələrin 86,7%-i onlayn qeydiyyatdan keçib.

190 ölkə ilə bağlı məlumatların müqayisəsinin təmin olunması üçün "Doing Business"in tədqiqatında 100% milli investisiya müəssisəsi olan və ilkin kapitalı əhalinin adambaşına düşən gəlirlərinin 10 qatına bərabər olan standart şirkətlərin nümunəsindən istifadə edilib.

"Doing Business"də müəssisələrin qeydiyyatı ilə bağlı reytinq və Azərbaycanın buradakı yeri barədə daha çox məlumat əldə etmək üçün Sputnik Azərbaycan-ın infoqrafikasına baxın.

Xəbər lenti
0