CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tanınmış futbolçumuzdan azarkeşlərə maraqlı müraciət

© Facebook / Ramil ŞeydayevНападающий сборной Азербайджана Рамиль Шейдаев, фото из архива
Нападающий сборной Азербайджана Рамиль Шейдаев, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
“Forma istəyənlərə isə dərin hörmətimlə demək istəyirəm ki, hər oyundan sonra formaları azarkeşlərə verirəm. Geyim fabriki açan kimi hərənizə bir forma göndərəcəm”

BAKI, 9 yanvar — Sputnik. Moskvanın "Dinamo" klubunda çıxış edən millimizin üzvü Ramil Şeydayev özünün "Facebook" hesabında maraqlı paylaşım edib.

Sputnik Azərbaycan xəbər verir ki, 23 yaşlı hücumçu ondan forma istəyən azarkeşlərə müraciət edib:

"Mesaj qutusu və rəylərdəki dəstək mesajlarınıza görə nə qədər təşəkkür etsəm, azdır. Forma istəyənlərə isə dərin hörmətimlə demək istəyirəm ki, hər oyundan sonra formaları azarkeşlərə verirəm. Geyim fabriki açan kimi hərənizə bir forma göndərəcəm".

Qeyd edək ki, R.Şeydayev ötən yay "Krılya Sovetov" klubundan "Dinamo"ya keçib. Onun qış transfer dönəmində paytaxt klubundan ayrılacağı iddia olunur.

Xəbər lenti
0