BAKI, 9 yanvar — Sputnik. "Bavariya"nın əfsanəvi qapıçısı Oliver Kan sabiq klubuna qayıdıb. Sputnik Azərbaycan klubun saytına istinadən xəbər verir ki, 50 yaşlı sabiq qolkiper Münhen təmsilçisinin idarə heyətinə üzv təyin edilib.
O, qarşıdakı iki il ərzində idarə heyətinin sədri Karl-Hayns Rummeniggeyə kömək edəcək. Gələn il dekabrın 31-də Rummeniggenin müqavilə müddəti başa çatdıqdan sonra isə məhz Kan İdarə Heyətinin sədri olacaq.
Qeyd edək ki, Oliver Kan 1994-2008-ci illərdə "Bavariya"da oynayıb. 2002-ci ildə keçirilən Dünya çempionatının ən yaxşı oyunçusu seçilib.