CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Fənərbaxça" "Qarabağ"ın hücumçusunu alır - Türk mətbuatından iddia

© FACEBOOK / Qarabağ FK"Qarabağ"ın hücumçusu Mahir Emreli "Neftçi" ilə oyunda
Qarabağın hücumçusu Mahir Emreli Neftçi ilə oyunda - Sputnik Azərbaycan
Abunə olmaq
Mövsümün əvvəlində 18 yaşlı iranlı hücumçu Allahyar Sayyamaneşi transfer edən İstanbul klubunun bu qış millimizin üzvünü transfer edə biləcəyi vurğulanıb

BAKI, 8 yanvar — Sputnik. Türkiyənin "Fanatik" qəzeti "Fənərbaxça"nın "Qarabağ"ın və Azərbaycan milli yığma komandasının futbolçusu Mahir Emreli ilə maraqlanması haqda iddia irəli sürüb.

Sputnik Azərbaycan xəbər verir ki, bu mövsümün əvvəlində 18 yaşlı iranlı hücumçu Allahyar Sayyamaneşi transfer edən İstanbul klubunun bu qış millimizin üzvünü transfer edə biləcəyi vurğulanıb.

Qeyd edək ki, Ağdam təmsilçisinin 22 yaşlı hücumçusu bu mövsüm 25 matçda 7 qol vurub, 6 qolun ötürməsini verib. 19 dəfə millinin formasını geyinən forvard 4 dəfə rəqib qapıçılarını məyus etməyi bacarıb. Emreli cinahlarda da özünü göstərə bilir. Futbolçunun sol ayaqla da oynaması onun üstünlüyüdür.

Xəbər lenti
0