CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əzabla öldürülən Nərminin oxuduğu məktəbin direktoru danışdı

© Sputnik / Tabyildyi KadyirbekovДевочка сидит спиной, архивное фото
Девочка сидит спиной, архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
"Hələ ki araşdırma gedir, uşağın kimin tərəfindən öldürülməsi mənim üçün də qaranlıq olaraq qalır" - Mətanət Vəliyeva

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 7 yanvar — Sputnik. Xəbər verdiyimiz kimi, ötən il noyabrın 21-də itkin düşən 2010-cu il təvəllüdlü Nərmin Quliyevanın meyiti tapılıb. Mərhumun meyiti yandırılmış vəziyyətdə tapılıb. Artıq Sputnik Azərbaycan hadisə yerindən, azyaşlının yaxınlarından müəyyən məlumatlar əldə edib. Azyaşlının yaxınları kimdənsə şübhələnmədiklərini bildiriblər.

Nərminin təhsil aldığı Dondar Quşçu kənd tam orta  məktəbinin direktrou Mətanət Vəliyeva isə Sputnik Azərbaycan-a onun davamiyyətindən, valideyn nəzarətindən danışıb:

"Uşaq yaddaşımda davamiyyətli, nizam-intizamlı bir şagird kimi qaldı. Çox sakit, çalışqan uşaq idi. Validyenlərin də uşağa nəzarəti pis olmayıb, hər səhər anası onu məktəbə gətirib".

"Hələ ki, araşdırma gedir, uşağın kimin tərəfindən öldürülməsi mənim üçün də qaranlıq olaraq qalır", - deyə o əlavə edib.

Direktor bu hadisədən bütün rayonun, məktəbin sarsıldığını deyir: "Çünki burada körpə, azyaşlı bir qız uşağından söhbət gedir. Düşünürəm ki, hansısa məlumat dəqiqləşdikdən sonra bu vahimə aradan qalxar".

M.Vəliyevanın sözlərinə görə, mərhumun valideynləri bu hadisə ilə əlaqədar olaraq kimdənsə şübhələnmirlər.

Xəbər lenti
0