Konqres Trampın bəzi hərbi səlahiyyətlərini məhdudlaşdırmağa çalışır

© REUTERS / LEAH MILLISПрезидент США Дональд Трамп, фото из архива
Президент США Дональд Трамп, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Konqresin razılığı olmasa, administrasiyanın İrana qarşı hərbi əməliyyatları 30 gün ərzində dayandırılmalıdır

BAKI, 6 yanvar — Sputnik. ABŞ Konqresinin Nümayəndələr Palatası bu həftə Prezident Donald Trampın İran üzrə hərbi səlahiyyətlərinin məhdudlaşdırılması barədə qətnamə qəbul etməyə hazırlaşır.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Palatanın spikeri Nensi Pelosi bildirib.

Министр обороны Ирана генерал Хосейн Дехган, фото из архива - Sputnik Azərbaycan
İran müharibə anonsunu verdi: ABŞ-a hərbi cavab olacaq

Spikerin saytında yerləşdirilən məlumatda həmçinin qeyd olunub ki, həmin qətnamə demokrat senator Tim Keynin Trampa İranda Konqresin razılığı olmadan hərbi əməliyyatlar aparmağı qanunla qadağan edilməsinə dair hazırladığı qətnamə ilə oxşardır.

"O (qətnamə) bir daha Konqresin nəzarət vəzifələrini təsdiq edir və təsbit edir ki, Konqresin razılığı olmasa, administrasiyanın İrana qarşı hərbi əməliyyatları 30 gün ərzində dayandırılmalıdır", - pres-relizdə deyilir.

SEPAH-ın "Qüds" xüsusi dəstəsinin başçısı Qasım Süleymani yanvarın 2-də axşam saatlarında Bağdadda raket zərbəsi ilə öldürüldükdən sonra İranla ABŞ arasında münasibətlər kəskin pisləşib. Süleymani ilə birlikdə İraqın "əl-Həşd əş-Şəhabi" şiə qruplaşmasının bir neçə lideri, o cümlədən şiələrin komandirinin müavini Əbu Mehdi əl-Mühəndisi də həlak olub.

Pentaqondan bildirilib ki, Bağdad aeroportuna hücum əmrini Prezident Donald Tramp verib. ABŞ həlak olan general Süleymanini dekabrın 31-də bu ölkənin İraqdakı səfirliyinə və koalisiya qüvvələrinin bazalarına hücumda təqsirli bilir.

İran XİN rəhbəri Məhəmməd Cavad Zərif generalın ölümünü "beynəlxalq terrorizm aktı" adlandırıb.

İraq parlamenti isə yanvarın 5-də xarici ölkələrin hərbi qüvvələrinin ölkədən çıxarılması barədə qərar qəbul edib.

Xəbər lenti
0