İran müharibə anonsunu verdi: ABŞ-a hərbi cavab olacaq

© AP Photo / Ebrahim NorooziМинистр обороны Ирана генерал Хосейн Дехган, фото из архива
Министр обороны Ирана генерал Хосейн Дехган, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Cavab şübhəsiz ki, hərbi olacaq və hərbi obyektlərə qarşı yönəldiləcək", - İran rəhbərinin məsləhətçisi vurğulayıb

BAKI, 5 yanvar – Sputnik. İran İnqilab Keşikçiləri Qvardiyasının (“Sepah”) “Quds” qanadının komandanı, general general Qasım Suleymaninin öldürülməsinə cavab olaraq ABŞ-ın hərbi obyektlərinə zərbə hazırlayır.

Иранская женщина проходит мимо бывшего посольства США в столице в Тегеране - Sputnik Azərbaycan
İran ABŞ-ın hədəsinə cavab verərək, BMT-yə müraciət etdi

Sputnik Azərbaycan CNN-ə istinadla xəbər verir ki, belə bəyanatla İranın ali dini Ayətullah Əli Xameneyinin hərbi müşaviri Hüseyn Dehqan  televiziya şirkətinin efirində bildirib. 

"Müharibəni Amerika başladı. Buna görə onlar hərəkətlərinə məqsədəuyğun reaksiyaya hazır olmalıdır. Bu müharibə dövrünə son qoyacaq yeganə şey amerikalıların vurduqları zərbəyə bərabər zərbə almalarıdır”, - deyə o, CNN-ə bildirib.

"Cavab şübhəsiz ki, hərbi olacaq və hərbi obyektlərə qarşı yönəldiləcək", - İran rəhbərinin məsləhətçisi vurğulayıb. 

Bu halda o qeyd edib ki, İranın rəhbərliyi "heç vaxt müharibəyə cəhd etməyib və cəhd etməyəcək".

Xəbər lenti
0