Türkiyə gecə saatlarında silkələndi

CC BY 2.0 / lora_313 / Kilauea SeismographsСейсмограф, фото из архива
Сейсмограф, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yalova vilayətində 3,1 bal gücündə, Egey dənizi sahillərində 4,0 bal gücündə zəlzələ baş verib. Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib

BAKI, 5 yanvar – Sputnik. Türkiyənin müxtəlif ərazilərində zəlzələlər qeydə alınıb.

Сейсмограф в научном центре - Sputnik Azərbaycan
Qonşumuz səhəri güclü zəlzələ ilə açdı

Sputnik Azərbaycan xəbər verir ki, öncə Yalova vilayətində 3,1 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar yerli vaxtla saat 20:13-də qeydə alınıb. Zəlzələnin ocağı 10,7 kilometr dərinlikdə yerləşib.

Yerli vaxtla saat 01:11-də isə Egey dənizi sahillərində 4,0 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Türkiyənin İzmir vilayətinin Urla rayonundan 21 kilometr məsafədə, ocağı isə 12 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Xəbər lenti
0