Qonşumuz səhəri güclü zəlzələ ilə açdı

© AFP 2024 / NICOLAS ASFOURIСейсмограф в научном центре
Сейсмограф в научном центре - Sputnik Azərbaycan
Abunə olmaq
Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur. Bəzi mənbələr yeraltı təkanların təsir gücünün 6 bal olduğunu açıqlayıb. Bölgəyə çox sayda xilasedici cəlb edilib

BAKI, 2 yanvar – Sputnik. İranın şimal-şərqində Rixter cədvəli üzrə 5,8 bal gücündə zəlzələ baş verib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb. Bildirilib ki, zəlzələnin episentri Əfqanıstanla sərhəddə yerləşən Sanqan şəhərində yerin 8 kilometr dərinliyində yerləşib.

Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur. Bəzi mənbələr yeraltı təkanların təsir gücünün 6 bal olduğunu açıqlayıb. Bölgəyə çox sayda xilasedici cəlb edilib.

Məlumata görə, zəlzələ Əfqanıstanın bir çox vilayətində də hiss edilib.

Xəbər lenti
0