CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sözəbaxan yetimin nağılı və ya Yeni il süfrəsi barədə bir neçə kəlmə

© pixabay / jill111Новогодний стол
Новогодний стол - Sputnik Azərbaycan
Abunə olmaq
"Yemək seçərkən birinci ətli xörəklərə üstünlük vermək lazımdır. Məsələn, kababı istənilən qədər yemək olar" - dietoloq

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 31 dekabr — Sputnik. Mütəxəssislərin fikrincə, daha çox zəhərlənmələr, mədə-bağırsaq pozuntusu və s. xəstəliklər məhz Yeni il günlərində baş verir. Yəni "yetim, çox ye, tapmazsan" məsəlindəki kimi əyarı qaçıranlar məhz bayram günlərində çox yeyir, yeməkləri, içkiləri bir-birinə qatır, sonra da yaxınlarına "niyə demədiniz, az ye, partlarsan" deyib tənə edirlər.

Yeni il masasına fisincan plov – videoresept  - Sputnik Azərbaycan
VİDEO
Yeni il masasına fisincan plov – videoresept

Bundan əlavə, Yeni il günlərindən sonra artıq çəki də meydana gəlir ki, bunun qarşısını almaq daha çətin olur.

Dietoloq Aynurə Aşirova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Yeni il ərəfəsində yediyimizə diqqət edərək, düzgün qidalanaraq bayramı ən az zərərlə keçirə bilərik.

"İlk olaraq günə doğru səhər yeməyi ilə başlamaq lazımdır. Bütün gün heç bir şey yemədən axşamı gözləmək və axşam da nəticədə çox yemək edilən ən böyük səhvlərdəndir. Doğru bir səhər yeməyi bizi uzun müddət tox saxlayacaq. Daha sonra günorta yeməyi zamanı yüngül doyurucu bir tərəvəz salatı yeyərək, axşama çox acmamağa zəmin yaradırıq. Aralarda isə su və yaşıl çay içmək lazımdır. Axşam yeməklərində icazə verilən qidalardan yeyərək, günü ən az ziyanla keçirmək mümkündür", - deyə dietoloq vurğulayıb.

O qeyd edib ki, tərkibində ağ un və şəkər olmayan bütün qidalardan müəyyən miqdarda yemək olar.

"Yemək seçərkən birinci ətli xörəklərə üstünlük vermək lazımdır. Məsələn, kababı istənilən qədər yemək olar. Əgər masadakı geniş çeşiddə təamların əksərindən dadıb, həm də gecəni rahat yatmaq istəyirsinizsə, yediyiniz yeməyin miqdarına diqqət etməlisiniz. Çünki həddən artıq yüklənmiş mədə həzm prosesində çətinlik çəkəcək, bu da rahat yatmanıza mane olacaq", - deyə Aşirova bildirib.

Spirtli içkiləri necə içməliyik?

A.Aşirova əlavə edib ki, bayram günlərində bir qədəh şərab içmək orqanizmi rahatlaşdıra bilər: "Yeməklər bitdikdən sonra içəcəyiniz bir stəkan antioksidant, rahatladıcı çay ilə həzm prosesini rahatlaşdıraraq gecəni sonlandıra bilərsiniz. Əgər çox yemisinizsə, antioksidant çay için. Bunun üçün 1 stəkan qaynar suya 1 filtr razyana çayı, 1 filtr yaşıl çay, 1 çay qaşığı rəndələnmiş zəncəfil, yarım darçın çubuğu, 5 ədəd mixək əlavə edərək dəmə qoyun. Dəmlənmiş bitki çayını süzərək şəkərsiz için".

Onun sözlərinə görə, bayram günləri keçdikdən sonra artıq çəkini atmaq üçün ac qalmaq olmaz.

"Yeni il gecəsi bitdi, ertəsi gün nə edək ki, yediklərimiz təmizlənsin, aldığımız çəkilər qalmasın? - Bunun üçün 1 yanvar qidalanması olduqca mühümdür. Belə ki, yanvarın 1-də günə bağırsağa faydalı bir kokteyllə başlasaq, heç də pis olmaz. Bunun üçün 150 ml kefir, 1 çay qaşığı kətan toxumu, 1 çay qaşığı rəndələnmiş zəncəfil, axşamdan suya qoyulmuş 6 gavalı qurusu və 100 ml su götürülüb blenderdə qarışdırılır. Bu, mədə-bağırsağı rahatlaşdıracaq", - dietoloq bildirib.

A.Aşirova əlavə edib ki, yanvarın 1-də günorta yeməyi günün əsas yeməyi olmalıdır. Bu zaman sobada bişmiş toyuq və ya göbələklə bir boşqab salat ideal seçim olar. Axşam isə yüngül salatla günü bitirmək olar: "Əgər mümkündürsə, gün ərzində su və yaşıl çay qəbuluna diqqət edirik. Bütün bunları nəzərə alsaq, diqqət etsək, Yeni il gecəsini ən az ziyanla bitirmiş olarıq".

Yeni il günlərində içki və qidalardan zəhərlənmələr də müşahidə edilə bilər.

Həkim-terapevt Xatirə Əhmədova bildirib ki, spirtli içkilərdən zəhərlənmə içkilərin qarışdırılması, keyfiyyətsiz içkilərin içilməsi, spirtli içkilərin həddən artıq çox içilməsi zamanı baş verir. Onun sözlərinə görə, spirtli içkilərin çox içilməsinin nəticəsi sərxoşluq adlandırılsa da, əslində bu zəhərlənmədir.

"Artıq qəbul edilən spirt qana qarışıb, beyinə gedir. Burada beyinə təsir edərək, nitqdə çətinlik, hərəkətin idarə edilə bilməməsi, aqressivlik yaradır", – deyə həkim vurğulayıb.

Девушки пьют спиртные напитки, фото из архива - Sputnik Azərbaycan
Yeni ili xəstəxanada qarşılamayın – İçki alarkən necə aldanmaya bilərik?

Spirtli içkidən zəhərlənmə yorğunluq, gözlərin və cizgilərin həddən artıq hərəkətliliyi, baş ağrısı, baş gicəllənmə, ürəkbulanma, qusma, üzdə qızartı, hissiyyatın itirilməsi, dərin yuxuya gedib, komaya düşməklə özünü büruzə verir.

Spirtli içkidən zəhərlənmənin qarşısını almaq üçün arada bol su içmək məsləhət görülür.

X.Əhmədova vurğulayıb ki, spirtli içkidən zəhərlənmə özünü 30 dəqiqə və ya 30 saat ərzində göstərə bilər: "Bu müddət ərzində sadalanan əlamətlər özünü göstərirsə, həkimə müraciət etmək lazımdır".

Həkim qeyd edir ki, qida zəhərlənmələri mikroorqanizmlər, bakteriya toksinləri səbəbilə keyfiyyətini itirmiş təamların qəbul edilməsi nəticəsində meydana gəlir. Qida zəhərlənməsinin ilkin əlamətləri mədə ağrısı, ishal və qusmadır. Yüngül zəhərlənmə bir neçə günə keçir. Ağır zəhərlənmələr isə tibbi müdaxilədən sonra sağalır.

"Xəstələr zəhərlənmə əlaməti hiss etdikləri zaman bol miqdarda su içməlidirlər. Mineral su və bitki çayları çox faydalıdır. Bununla yanaşı, 1 litr suya 8 qaşıq şəkər, 1 qaşıq duz əlavə edilərək xəstəyə vermək lazımdır", - deyə həkim qeyd edib.
Xəbər lenti
0