CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Avtovağzalda böyük sıxlıq – 40 minə yaxın sərnişin səfər edib

© Photo : © AR Ministry of Transport, Communications and High Technologies На территории Бакинского международного автовокзального комплекса (БМАК)
На территории Бакинского международного автовокзального комплекса (БМАК)  - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı Beynəlxalq Avtovağzal Kompleksi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə dekabrın 21-dən gücləndirilmiş iş rejimində çalışır

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 30 dekabr — Sputnik. Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) 27, 28 və 29 dekabr tarixlərində ümumilikdə 37 min 800 sərnişin şəhərlərarası və beynəlxalq istiqamətlərə səfər edib. Bu barədə Sputnik Azərbaycan-a Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Pərvin Məmmədova məlumat verib.

Автобус, попавший в ДТП. Архивное фото - Sputnik Azərbaycan
HADİSƏ
Sərnişin avtobusu alışdı

O bildirib ki, bu dəqiqələrə olan statistikaya əsasən, bu gün 6 min 500 sərnişin avtovağzaldan yola salınıb: "Xatırladaq ki, BBAK 5 yanvar tarixinədək gücləndirilmiş iş rejimində çalışacaq. Sərnişinlər sorğu və ya şikayətlərlə bağlı (012) 406-01-58/59 nömrəli "Məlumat Mərkəzi"nə zəng edə və ya Bakı Beynəlxalq Avtovağzal Kompleksinin "facebook" səhifəsinə yazıb göndərə bilərlər".

Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə dekabrın 21-dən gücləndirilmiş iş rejimində çalışır. Avtovağzala digər günlərlə müqayisədə daha çox sərnişin axınının olacağı nəzərə alınaraq xəttə ehtiyat avtobusları cəlb olunub. Biletləri avtovağzalın kassalarından, eyni zamanda www.avtovagzal.az saytı və mobil tətbiq vasitəsilə 10 gün öncədən 1 gün qabağa qədər əldə etmək mümkündür.

Xəbər lenti
0