CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sərnişin avtobusu alışdı

© Photo : APAАвтобус, попавший в ДТП. Архивное фото
Автобус, попавший в ДТП. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
30 nömrəli müntəzəm marşrut üzrə 10 TG 385 DQ nömrəli avtobus hərəkətdə olan zaman mühərrik bölməsində yanğın baş verib. Avtobusda xəsarət alan yoxdur

BAKI, 25 dekabr — Sputnik. Bakı Nəqliyyat Agentliyi (BNA) Bakıda marşrut avtobusunun yanması ilə bağlı məlumat yayıb.

BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayevin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, dekabrın 25-də saat 09:40-da Qara Qarayev prospekti ("Xalqlar dostluğu" metrostansiyasının yaxınlığında) "Transkontrol" MMC-nin müvəqqəti istismarında olan 30 nömrəli müntəzəm marşrut üzrə 10 TG 385 DQ nömrəli avtobus hərəkətdə olan zaman mühərrik bölməsində yanğın baş verib. Yanğına sürücü Elçin Məmmədov tərəfindən müdaxilə edilərək yerində söndürülüb. Eyni zamanda hadisə yerinə FHN yanğından mühafizə xidməti gəlib. Avtobusda xəsarət alan yoxdur.

Xəbər lenti
0