SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

“Rusiya Qarabağ düyününün açılmasında əsas rollardan birini oynamağa qadirdir”

© Sputnik / Murad OrujovГлавы МИД Азербайджана и России Эльмар Мамедъяров и Сергей Лавров провели встречу в Баку
Главы МИД Азербайджана и России Эльмар Мамедъяров и Сергей Лавров провели встречу в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Bu, siyasi münasibətlərdən tutmuş ticarət, iqtisadi və humanitar əməkdaşlığa qədər münasibətlərimizin bütün spektrini əhatə edən strateji tərəfdaşlığın gələcək inkişafı üçün əlverişli zəmin yaradır.

BAKI, 30 dekabr — Sputnik. Məmnuniyyətlə qeyd etməliyəm ki, Azərbaycan və Rusiya arasında münasibətlər ildən-ilə sabitlik və dinamizm nümayiş etdirir. Bu il başa çatmaq üzrədir və bu müsbət dinamika da inkişaf edib". Bunu Xarici İşlər naziri Elmar Məmmədyarov 2019-cu ilin yekunlarına dair Sputnik Azərbaycan və bir neçə KİV-in suallarını cavablandırarkən deyib.

Глава МИД Азербайджана Эльмар Мамедъяров - Sputnik Azərbaycan
SİYASƏT
Məmmədyarov: "2019-cu il “itirilmiş imkanlar ili” kimi dəyərləndirilə bilər "

Məmmədyarov yüksək siyasi rəhbərlik səviyyəsindəki sıx əlaqələr və etibarlı dialoqun həlledici rol oynamaqda davam etdiyini vurğulayıb: "Bu, siyasi münasibətlərdən tutmuş ticarət, iqtisadi və humanitar əməkdaşlığa qədər münasibətlərimizin bütün spektrini əhatə edən strateji tərəfdaşlığın gələcək inkişafı üçün əlverişli zəmin yaradır.

Məlum olduğu kimi, əlaqələrimizin inkişafı məqsədyönlü və proqram xarakteri daşıyır. Konkret istiqamətlər üzrə "yol xəritələri"ndə nəzərdə tutulan və həyata keçirilən tədbirlərdən altısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Rusiya Federasiyasına ötənilki rəsmi səfəri zamanı, ikisi isə bu ilin dekabrında Bakıda keçirilmiş İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın on səkkizinci iclasının yekununda imzalanıb. İlkin hesablamalara görə, 2019-cu ildə ölkələrimiz arasında ticarət dövriyyəsi təxminən 3 milyard ABŞ dolları səviyyəsinə çatacaq".

Nazir vurğulayıb ki, 2019-cu ildə müsbət bir tendensiya bir milyon insan sayına yaxınlaşmaqla Rusiyadan turist axınının davam etməsi olub: "Bu, çox mühüm göstəricidir və insanlar arasındakı təmasların intensivliyinin əyani təsdiqi kimi bizi sevindirir. Əlbəttə, bu, onu göstərir ki, rusiyalılar Azərbaycanda özlərini rahat hiss edirlər, burada səmimi qəbul ilə üzləşirlər və dil baryerinin olmamasının üstünlüklərindən istifadə edirlər. Bütün bu müsbət tendensiyaların gələn il də davam edəcəyini gözləyirik".

Nazir ümid etdiyini bildirib ki, çox faydalı hesab etdiyi xarici işlər nazirliklərinin rəhbərləri səviyyəsində qarşılıqlı səfər mübadiləsi təcrübəsinin davam etdirilməsi də bu prosesə öz töhfəsini verə biləcək.

"Əlbəttə, Rusiya Federasiyasının da həmsədr qismində çıxış etdiyi ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin intensivləşməsinə xüsusi ümid bəsləyirik. Hesab edirik ki, bölgədəki sülh və sabitlik maraqları tez bir zamanda hiss oluna biləcək siyasi nəticələrə nail olmaq zərurətini diktə edir. İnanırıq ki, Rusiya münaqişə düyününün açılmasının başlanılmasında əsas rollardan birini oynamağa qadirdir.

"Danışıqların formatını dəyişdirmək cəhdi sülh prosesi üçün açıq təhdiddir" - Məmmədyarov

Beləliklə, ümumiyyətlə gələcəyə nikbinliklə baxırıq və öz tərəfimizdən inkişafımızın strateji hədəflərinin reallaşması istiqamətində fəaliyyət göstərməkdə qərarlıyıq".

Xəbər lenti
0