SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Məmmədyarov: "2019-cu il “itirilmiş imkanlar ili” kimi dəyərləndirilə bilər "

© Report/ Elchin MuradГлава МИД Азербайджана Эльмар Мамедъяров
Глава МИД Азербайджана Эльмар Мамедъяров - Sputnik Azərbaycan
Abunə olmaq
"Doğrudur, münaqişənin həlli üzrə danışıqlar prosesində bu il ərzində konkret irəliləyiş olmayıb, lakin bunu "danışıqlar dalana dirənib" kimi dəyərləndirmək düzgün olmazdı".

BAKI, 30 dekabr — Sputnik. "Doğrudur, münaqişənin həlli üzrə danışıqlar prosesində bu il ərzində konkret irəliləyiş olmayıb, lakin bunu "danışıqlar dalana dirənib" kimi dəyərləndirmək düzgün olmazdı".

Вид на Братиславу, фото из архива - Sputnik Azərbaycan
ATƏT-in XİN başçıları Qarabağ münaqişəsinin həllini müzakirə edəcək

Bunu Xarici İşlər Naziri Elmar Məmmədyarov 2019-cu ilin yekunlarına dair Sputnik Azərbaycan və bir neçə KİV-in suallarını cavablandırarkən deyib.

"İl ərzində irəli sürülən çoxsaylı görüşlər və konkret təşəbbüslər danışıqlar prosesinin davam etdirilməsinə müəyyən ehtiyac olduğunu göstərir. Biz hər zaman bəyan etmişik ki, nə qədər ki, münaqişənin danışıqlar, sülh yolu ilə həlli imkanı var, biz bu imkandan istifadə edəcəyik. Əlbəttə, məqsəd mahiyyət üzrə, substantiv danışıqlar aparıb prosesi irəli aparmaqdır.

Bunun üçün bütün prinsiplər, elementlər, mərhələlər işlənib hazırlanıb, müzakirə edilib və yenidən nəzərdən keçirilib. Bu günədək hazırlanmış bütün sənədlərdə münaqişənin mərhələli həlli, işğal olunmuş ərazilərimizin azad olunması, məcburi köçkünlərin geri qayıtması, növbəti mərhələdə status məsələsinin həlli məsələlərinə aydınlıq gətirilir. Bu elementlərlə tanış olmaq üçün ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bu ilin 9 mart tarixli bəyanatı ilə tanış olmanız kifayətdir. Ermənistan tərəfindən davamlı şəkildə qaldırılan təhlükəsizlik və status məsələsinə gəldikdə, bir daha vurğulamaq istərdim ki, hər iki məsələ həll prosesi çərçivəsində, ATƏT-in müvafiq qərarlarına, habelə bildiyiniz kimi tətbiqi üçün zaman məhdudiyyəti olmayan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq tənzimlənməlidir. Qarabağın Azərbaycanlı əhalisi geri qayıtmadan, hansı statusdan danışa bilərik? Eləcə də təhlükəsizlik məsələsi bölgənin erməni icması ilə yanaşı, azərbaycanlı icması üçün də kifayət qədər önəmlidir və burada beynəlxalq sülhü qoruma mexanizmlərindən istifadə olunmasına ehtiyac duyulduğu hamıya bəllidir.

Soruşursunuz ki, danışıqların aparılması bizə nə verib. Münaqişəni həll etmək danışıqlar aparmaq deyil, bəs nədir? Münaqişə yenidən alovlanarsa belə, yenidən danışıqlar başlayacaq, çünki nə əbədi davam edən müharibə, nə də danışıqlar mövcud deyil. Danışıqları ona görə aparırıq ki, pozulmuş beynəlxalq hüquq normalarını bərpa edək, Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyini bərpa edək, Azərbaycanın sözündə və əməlində bir olduğunu və sülh yolu ilə həlli potensialı bitməyənədək danışıqlara sadiq qaldığını nümayiş etdirək. Danışıqları aparırıq ki, Azərbaycan ərazilərini işğaldan azad edək!

Bu gün Ermənistanın işğalçılıq siyasəti səbəbindən Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil və tərəflər arasında danışıqlar, beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına cavabdeh olan əsas beynəlxalq qurum - BMT Təhlükəsizlik Şurasının daimi üzvləri, dünyanın üç aparıcı ölkəsinin vasitəçilik səyləri ilə aparılır", - deyə Məmmədyarov vurğulayıb.

XİN rəhbəri xatırladıb ki, bu il ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının baş naziri arasında 29 mart tarixində Vyanada bir görüş, Xarici İşlər nazirləri səviyyəsində isə 16 yanvar Paris, 15 aprel Moskva, 20 iyun Vaşinqton, 23 sentyabr Nyu-York və 4 dekabr tarixində Bratislavada olmaqla 5 görüş keçirilib: “Görüşlərin keçirilmə intensivliyindən çıxış edərək hər iki tərəfin danışıqlar prosesinin irəli aparılmasında maraqlı olduğu qənaətinə gəlmək olar. Lakin Ermənistan tərəfinin il ərzində səsləndirdiyi tamamilə əsassız və ziddiyyətli bəyanatları, eləcə də keçirilən görüşlərdə hər hansı konkret nəticənin əldə olunmadığını nəzərə alsaq, təəssüflə qeyd etməliyik ki, 2019-cu il münaqişənin həlli üzrə “itirilmiş imkanlar ili” kimi dəyərləndirilə bilər”.

“Bir tərəfdən münaqişənin sülh yolu ilə həllində maraqlı olduğunu bəyan edən Ermənistan rəhbərliyi, digər tərəfdən qondarma “müstəqillik” və “miatsum” kimi ziddiyyətli fikirləri ilə danışıqlar prosesinə və ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin səylərinə zərbə vurmuş oldu. Doğrudur, keçirilmiş görüşlər nəticəsində humanitar müstəvidə tədbirlərin həyata keçirilməsi və iki ölkə əhalisinin sülhə hazırlanması təşəbbüsləri irəli sürüldü, hətta bu xüsusda ilk addım olaraq Azərbaycan və Ermənistan mətbuat nümayəndələrinin qarşılıqlı səfərləri reallaşdırıldı. 

“Nə müharibə, nə də sülh”: Azərbaycan və Rusiya XİN başçıları Qarabağ münaqişəsinin həlli barədə  - Sputnik Azərbaycan
VİDEO
“Nə müharibə, nə də sülh”: XİN başçıları Qarabağ münaqişəsinin həlli barədə
Ancaq bu təşəbbüsün sonradan Ermənistan tərəfindən siyasiləşdirilməsi və təbliğat vasitəsi kimi istifadəsi cəhdləri bu ölkənin əhalisini sülhə hazırlamağa nə dərəcədə hazır olduğu sualını ortaya qoydu. Əslində təşəbbüsə cəlb olunmuş jurnalistlər, xüsusilə də onları bu prosesdə dəstəkləyən tərəf məsuliyyəti hiss etməli və prosesə xələl gətirməməlidir. Əks təqdirdə bu kimi təşəbbüslərin və iki xalq arasında körpülərin qurulması cəhdlərinin heç bir mənası olmaz. Beləliklə də gələcəkdə bu təşəbbüslərin davam etdirilməsinə məhz bu prizmadan yanaşmaq və növbəti addımlar haqqında danışmaq olar.

Hər zaman qeyd etdiyim fikri yenidən xatırlamaq istərdim, biz iki qonşu ölkəyik və tez ya da gec, münaqişənin həllindən sonra iki icmanın nümayəndələri yenidən ölkəmizin Dağlıq Qarabağ bölgəsində birgə yaşamalı olacaqlar. Bu baxımdan həyata keçirilən etimad təbirləri, humanitar təşəbbüslər məhz münaqişənin həllini irəli aparmaq, Azərbaycan ərazilərinin işğalı faktorunu aradan qaldırmaq və məcburi köçkünlərin öz evlərinə, mülklərinə geri dönməsini təmin etməyə xidmət etməlidir” – deyə Məmmədyarov əlavə edib.

 

Xəbər lenti
0