CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Azərişıq" çərşənbə axşamından iş rejimini dəyişir

© pixabay / iamrajatagЛампочка, фото из архива
Лампочка, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bayram və istirahət günlərində işıqla bağlı yaranan hər-hansı problemlə əlaqədar 199 saylı cağrı mərkəzinə müraciət edə bilərsiniz

BAKI, 29 dekabr — Sputnik. "Azərişıq” ASC 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Поезд в тоннеле, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Bakı Metropoliteni"ndə işıqlar sönərsə...

Qurumdan Sputnik Azərbaycan-a verilən məlumatda deyilir ki, bununla əlaqədar, Səhmdar Cəmiyyətin Mərkəzi Aparatında, Regional Enerji Təchizatı və Satışı idarələrində, şəhər və rayon elektrik şəbəkələrində növbətçilik rejimi tətbiq edilərək, qəza xidməti və 199 cağrı mərkəzi 24 saat istehlakçıların xidmətində olacaq.

Bayram və qeyri-iş günlərində istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatının təmin olunması, həmçinin bayram tədbirlərinin keçirildiyi yerlərin fasiləsiz elektrik enerjisi təminatı məqsədilə bütün təşkilati və texniki tədbirlər görülüb.

İstehlakçılardan xahiş olunur ki,  yarana biləcək hər-hansı problemlə əlaqədar "Azərişıq” ASC-nin 199 saylı cağrı mərkəzinə müraciət etsinlər.

Xəbər lenti
0