CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Qəlyan çəkənlərin böyük əksəriyyəti cavanlardır" - Araz Manuçərov

CC0 / joiito / hookahКальян, фото из архива
Кальян, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Qəlyanlar və onların tərkibini yoxlayan bir mütəxəssis var ya yoxdur, bunu bilmirəm. Qəlyanın tərkibi sintetik olduğu üçün o, daha təhlükəlidir" - Araz Manuçərov

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 28 dekabr — Sputnik. "Qəlyanla bağlı yaranan təhlükə siqaretdən daha çoxdur. Qəlyanın təsirindən restoran və kafelərə girmək olmur.

Кальянная, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Qəlyan həvəskarları bu xəbəri mütləq oxusunlar

Adam içəri girəndə boğulur. Camaat başa düşə bilmir ki, sintetik aromatizatorları ciyərlərinə doldururlar. Deyirlər ki, guya bu qəlyan təmizdi, yalandı". Bu barədə Narkoloji Dispanserin rəhbəri Araz Manuçərov Sputnik Azərbaycan-a açıqlamasında deyib.

O, qəlyanın da asılılıq yaratdığını bildirir: "Adam tanıyıram, siqareti tərgidib, gecə-gündüz qəlyan çəkir. Bu il ərzində 3 psixi pozuntusu olan şəxslə görüşmüşəm. Onların qəlyandan asılılıqları çox yüksək səviyyədədir".

"Qəlyanlar və onların tərkibini yoxlayan bir mütəxəssis var ya yoxdur, bunu bilmirəm. Qəlyanın tərkibi sintetik olduğu üçün o, daha təhlükəlidir. Ən böyük təhlükə isə qəlyan çəkənlərin böyük əksəriyyətinin cavanlar olmasıdır, Qəlyanla yanaşı, elektron siqaretlər də ziyanlıdır. Lakin bu ziyanın hansı dərəcədə olması hələ ki bizə bəlli deyil", - deyə A.Manuçərov əlavə edib.

Xəbər lenti
0