CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Meşələrin qırılması ilə bağlı yeni qayda

© pixabay / pixel2013Meşə, arxiv şəkli
Meşə, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Meşələrin vəziyyətinə və bərpasına təsir edən obyektlərin tikinti yerlərinin razılaşdırılması Meşə Məcəlləsinin 36-cı maddəsinə əsasən aparılır.

BAKI, 28 dekabr — Sputnik. Azərbaycanda 5 hektardan çox olan meşələrin irimiqyaslı qırılması fəaliyyəti üzrə layihələrin həyata keçirilməsi zamanı dövlət ekoloji ekspertizasının aparılması tələbi qoyulub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə qərarı Baş Nazir Əli Əsədov imzalayıb. Artıq bununla bağlı Nazirlər Kabineti qanunvericilik aktlarına bir sıra dəyişikliklər edib.

“Ay gecikmiş məhəbbətim...” – Talış meşələrinin əsrarəngiz qızıl payızı  - Sputnik Azərbaycan
VİDEO
“Ay gecikmiş məhəbbətim...” – Talış meşələrinin əsrarəngiz qızıl payızı

Dəyişikliyə görə, "Meşəqırma qaydaları"na edilən yeni əlavəyə əsasən, böyük ərazilərdə (5 ha-dan çox olan) meşələrin irimiqyaslı qırılması fəaliyyəti üzrə layihələrin "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir.

"Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydaları"nda edilən dəyişikliklərə görə, meşələrin bərpası meşə fondunda baş vermiş dəyişiklikləri nəzərə almaqla meşə quruluşu layihələri əsasında hazırlanmış dövlət proqramlarının layihələrinə dair "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanunda nəzərdə tutulmuş qaydada strateji ekoloji qiymətləndirilmə (SEQ) sənədi hazırlanır və həmin sənədin dövlət ekoloji ekspertizası həyata keçirilir.

Böyük ərazilərdə irimiqyaslı (10 ha-dan çox olan) meşəsalma fəaliyyəti üzrə layihələrin "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanunda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir. Meşələrin vəziyyətinə və bərpasına təsir edən obyektlərin tikinti yerlərinin razılaşdırılması Meşə Məcəlləsinin 36-cı maddəsinə əsasən aparılır.

Xəbər lenti
0