Talış meşələrində “qızıl payız” nə qədər qəribə səslənsə də, payızda deyil, qışın əvvəlində başlayır. Bunun əsas səbəbləri cənub zonasının iqliminin fərqli olması və bu meşələrin tacı olan Dəmirağacdır. Təbii şəraitdə hündürlüyü 25-28 metrədək olan bu ağac Talış meşələrinin 5-6%-ni təşkil edir. Onun ən maraqlı xüsusiyyətlərindən biri də digər ağaclara nisbətən yarpaqlarının daha gec solmasıdır. Bu, əsasən noyabr ayının sonu, dekabrın əvvəllərinə rast gəlir. Yarpaqları solduqda isə sarı deyil, narıncı və hətta qırmızı çalarlara rənglənir. Meşə isə dahi rəssamların fırçasından çıxmış əsrarəngiz peyzaja bənzəyir.
Sizi bu gözəlliyə tamaşa etməyə çağırırıq.