Bayden Trampa qarşı ifadə verməkdən imtina etdi

© REUTERS / Leah MillisПрезидент США Дональд Трамп во время предвыборной кампании в Баттл-Крике, штат Мичиган, США
Президент США Дональд Трамп во время предвыборной кампании в Баттл-Крике, штат Мичиган, США - Sputnik Azərbaycan
Abunə olmaq
Dekabrın 18-də Nümayəndələr palatası iki maddə üzrə - səlahiyyətlərdən sui-istifadə və Konqresin işinə mane olmaq ittihamları ilə Trampın impiçmentinin lehinə səs verib

BAKI, 28 dekabr — Sputnik. Amerikanın sabiq vitse-prezidenti Co Bayden bəyan edib ki, ABŞ Prezidenti Donald Trampın impiçmenti proseduru çərçivəsində ifadə verməyəcək. Bu barədə Sputnik Azərbaycan "The Des Moines Register"a istinadən xəbər verir.

Президент США Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
Tramp impiçment prosesini tələb edir: "Onların dəlili yoxdur"

O vurğulayıb ki, ABŞ Konqresinin Senatının mümkün gündəliyinə müsbət cavab verməsi ABŞ liderinə ölkə vətəndaşlarını öz impiçmentindən yayındırmaq imkanı verəcək.

"O (Tramp - red.) həmişə diqqəti özündən yayındırmağa çalışır", - deyə Bayden vurğulayıb.

Qeyd edək ki, dekabrın 18-də Nümayəndələr palatası iki maddə üzrə - səlahiyyətlərdən sui-istifadə və Konqresin işinə mane olmaq ittihamları ilə Trampın impiçmentinin lehinə səs verib. Sonrakı mərhələdə impiçment məsələsinə Senat baxmalı olacaq. Trampın vəzifəsindən uzaqlaşdırılması üçün senatorlardan üçdə ikisinin onun impiçmentinin lehinə səs verməsi tələb olunur.

Trampa qarşı Senatda impiçment prosesinin nə vaxt başlayacağı və onun hansı formatda olacağı hələ ki, məlum deyil. Respublikaçıların lideri Mitç Makkonel dekabrın 19-da jurnalistlərə deyib ki, Konqresin yuxarı palatası Milad tətilindən yanvarın 6-da qayıdacaq və bu tarixə qədər heç bir səsvermə planlaşdırılmayıb.

Xəbər lenti
0