Pompeo gedə bilər – Tramp axtarışa başlayıb

© AP Photo / Pablo Martinez MonsivaisГосударственный секретарь США Майк Помпео и президент США Дональд Трамп в Белом доме. Архивное фото
Государственный секретарь США Майк Помпео и президент США Дональд Трамп в Белом доме. Архивное фото  - Sputnik Azərbaycan
Abunə olmaq
Pompeoya yaxın olan mənbələr vurğulayırlar ki, dövlət katibi hələlik məsələ ilə bağlı yekun qərar verməyib.

BAKI, 27 dekabr — Sputnik. Birləşmiş Ştatlar Prezidenti Donald Tramp Dövlət katibi Mayk Pompeonun yerinə namizəd axtarmağa başlayıb.

ABŞ Dövlət Katibi Mayk Pompeo - Sputnik Azərbaycan
Pompeo etiraf etdi,"Patriot"lar bəzən işləmir

Sputnik Azərbaycan "The Washington Post" nəşrinə istinadən xəbər verir ki, Pompeo dövlət katibi postunu tərk edib, o, Kanzas ştatından Senat seçkilərində iştirak edə bilər.

Düzdür, Tramp hələ Pompeonun hansı qərarı verəcəyini bilmir.

Nəşr iddia edir ki, Vaşinqtondan olan bir çox məmurlar artıq dövlət katibi postuna iddia etməyə başlayıblar. Ehtimal olunur ki, dövlət katibi postunu prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Robert O Brayen, maliyyə naziri Stiven Mnuçin və ya ABŞ-ın Almaniyadakı səfiri Riçard Qrenell tuta bilər.

Pompeoya yaxın olan mənbələr vurğulayırlar ki, dövlət katibi hələlik məsələ ilə bağlı yekun qərar verməyib.

Xəbər lenti
0