Pompeo etiraf etdi,"Patriot"lar bəzən işləmir

© REUTERS / JOSE CABEZASABŞ Dövlət Katibi Mayk Pompeo
ABŞ Dövlət Katibi Mayk Pompeo - Sputnik Azərbaycan
Abunə olmaq
Sentyabrın 14-də Səudiyyə Ərəbistanının Əbqaik və Xurays bölgələrində "Saudi Aramco" dövlət şirkətinə məxsus neft emalı zavodlarına hücuma görə məsuliyyəti Yəməndəki qiyamçı husilərin "Ənsar Allah" hərəkatı öz üzərinə götürüb

BAKI, 19 sentyabr — Sputnik. ABŞ-ın dövlət katibi Mayk Pompeo hava hücumundan müdafiə sistemlərinin həmişə arzuolunan nəticəni göstərmədiyini etiraf edib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, Pompeo Səudiyyə Ərəbistanına səfəri zamanı jurnalistlərin çoxsaylı suallarına cavab verməli olub.

O, qeyd edib ki, "Patriot" hava hücumundan müdafiə sistemləri də "dəyişkən effektivlik" göstərir. 

Patriot hava savunma sistemi - Sputnik Azərbaycan
"Patriot"lar Türkiyədə qalacaq

Onun sözlərinə görə, dünyada ən yaxşı sistemlərdən biri heç də həmişə hədəfləri vurmur.

Pompeo eyni zamanda, baş verən hücuma görə İranı ittiham edib.

Sentyabrın 14-də Səudiyyə Ərəbistanının Əbqaik və Xurays bölgələrində "Saudi Aramco" dövlət şirkətinə məxsus neft emalı zavodlarına hücuma görə məsuliyyəti Yəməndəki qiyamçı husilərin "Ənsar Allah" hərəkatı öz üzərinə götürüb. Hücum 10 pilotsuz təyyarə ilə həyata keçirilib. Hücumdan sonra hər iki zavodda güclü yanğın başlayıb. Səudiyyə Ərəbistanı yanğının söndürüldüyünü açıqlayıb.

Neft emalı zavodlarındakı partlayış nəticəsində nəql edilən xam neftin həcmi 5,7 milyon barel azalıb və bu da şirkətin hasilatının 50 faizinə bərabərdir. Bu itki anbarlardakı ehtiyatlar hesabına kompensasiya edilir. Eyni zamanda, neft emalı zavodlarındakı yanğın qaz hasilatını da sutkada 2 milyard kub fut həcmində azaldıb. Bu həcmdə qaz 700 min barel sıxılmış maye qazın istehsalında istifadə edilir. Bununla da ölkənin etan və sıxılmış maye qaz ehtiyatları yarıya qədər azalıb.

Xəbər lenti
0